Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşa Prezidenti Aleksandr Kvasnevski ilə təkbətək görüşdə söhbətindən - Varşava, Prezident sarayı, 26 avqust 1997-ci il


Hörmətli cənab Kvasnevski!

İlk öncə Polşaya rəsmi səfərə dəvət olunduğum və səmimi qəbul üçün Sizə təşəkkür edirəm və miistəqil Azərbaycan dövlətinin basçısı olaraq Polşaya ilk səfərimi tarixi hadisə kimi qiymətləndirirəm.

Bildirirəm ki, Azərbaycan müstəqillik əldə edib və bu müstəqillik əbədi, dönməzdir. Lakin ölkəmiz müstəqilliyə nail olduqdan sonra problemlərlə də qarşılaşmışdır. Bunlardan ən ağrılısı Azərbaycanın Dagliq Qarabağ bölgəsini ələ keçirmək məqsədi ilə Ermənistanın ölkəmizə qarşı etdiyi hərbi təcavüzdür. Bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahli qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan artıq vətəndaşımız yurd-yuvasından zorla qovulmuşdur və əksəriyyəti agir vəziyyətdə, çadırlarda yaşayır. Bütün bunlara baxmayaraq, biz məsələnin sülh yolu ilə həllinə çalışırıq və 1994-cü ilin mayında atəşkəs haqqında razılıq əldə

Olunmuşdur. Xatırladım ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olur. Ermənistan ATƏT-in Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplərlə, Minsk qrupunun indiki həmsədrlərinin təklifləri ilə razılaşmır. Azərbaycan tərəfi Minsk qrupu həmsədrlərinin son təkliflərini danışıqlar prosesini intensivləşdirmək üçün əsas kimi qəbul etmişdir və biz məsələnin Lissabon prinsiplərinə uyğun olaraq həllinə tərəfdarıq. Xüsusi vurğulayıram ki, Azərbaycan heç kimin torpağına göz dikmir, amma öz torpaqlarının bir qarışını da heç kəsə verməyəcəkdir.

Azərbaycanın daxili vəziyyətindən danışarkən onu demək olar ki, ilk vaxtlar ölkədə sabitliyin olmaması quruculuq işləri ilə məşğul olmağa imkan vermirdi. İndi vəziyyət dəyişib. Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olubdur. Biz demokratik, hüquqi dünyəvi dövlət qururuq. Ölkənin ilk demokratik konstitusiyasi qəbul edilmiş, çoxpartiyalılıq əsasında keçirilən seçkilər nəticəsində demokratik parlament seçilmişdir. Belə bir faktı da xatırladım ki, Azərbaycan öz sərhədlərini özü qoruyur, onun ərazisində heç bir xarici baza yoxdur. Biz öz taleyimizi özümüz həll etmək istəyirik və edirik.

Azərbaycan Avropa strukturlarına inteqrasiya olunmağa böyük əhəmiyyət verir və NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edir. Mən ATƏT-in Lissabon Zirvə görüşündə Azərbaycanın ədalətli mövqeyinə tərəfdar çıxdığına görə, hörmətli prezident Kvasnevski, Sizə və Polşa dövlətinə minnətdarlığımı bildirirəm və deyirəm ki, biz Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in gələcək sədri kimi Polşanın dəstəyinə də böyük ümid bəsləyirik.

Hörmətli prezident, ölkəmizdə gedən dəyişikliklər, iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramının həyata keçirilməsi haqqında Sizə məlumat verərək bildirirəm ki, Azərbaycan bazar iqtisadiyyati yolu ilə gedir. Vurğulayıram ki, bütün dünya dövlətləri ilə əlaqələri inkişaf etdirmək istəyən Azərbaycan ölkəmizin neft yataqlarının birgə işlənməsinə dair xarici şirkətlərlə müqavilələr imzalamış, ixrac boru kəmərlərinin marşrutlarını müəyyənləşdirmiş, artıq fəaliyyətdə olan Avrasiya nəqliyyat dəhlıizi barədə razılaşmaların əldə olunmasında fəal səy göstərmişdir.

Qeyd edim ki, Avropada əlverişli mövqedə yerləşən Polşa da həmin dəhlizdən istifadə edə bilər.Bidirirəm ki, Azərbaycan Avropanın böyük dövlətlərindən biri olan Polşa ilə əməkdaşlığı özünün xarici siyasətinin mühüm tərkib hissəsi hesab edir.

Görüşümüzün sonunda mən Sizi ölkəmizə rəsmi səfərə dəvət edirəm.