Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin QİƏT zirvə görüşü iclasının fasiləsində onu əhatəyə alan jurnalistlərin suallarna cavabı - Yalta, 5 iyun 1998-ci il


Rəhim Hümbətov: Cənab prezident, xoş gəlmişsiniz, Sizi görməyimə çox şadam. Mən Krımdakı "Ocaq" Azərbaycan Mədəni-Maarif Cəmiyyətinin sədri, "Millət" qəzetinin redaktoruyam. Azərbaycanda aparılan islahatları, Sizin gördüyünüz işləri və bu işlərin gündən-günə müsbət nəticələr verdiyini biz daim izləyirik.

Heydər Əliyev: Deyə bilərsənmi Krımda nə qədər azərbaycanlı yaşayır?

Rəhim Hümbətov: Krımda 7 minədək azərbaycanlı yaşayır. Burada rus dilində nəşr etdirdiyim qəzetdə onların günü-güzəranı haqqında materiallar verilir.

Heydər Əliyev: Sizin hər biriniz harada yaşamasından, doğulmasından asılı olmayaraq mənim üçün çox əzizdir. Mənim məsləhətim ondan ibarətdir ki, siz Azərbaycanla sıx əlaqə saxlayın, tez-tez vətənə gedib-gəlin.

Sual: Cənab prezident, neftin Xəzər dənizindən nəqli barədə nə deyə bilərsiniz?

Cavab: Nə deyə bilərəm? Neft nəql olunacaqdır. Əgər biz Xəzərdə neft çıxarırıqsa, daha çox neft hasil edəcəyik, deməli, onu daşımaq lazım gələcəkdir. Biz artıq nefti Qara dəniz sahilindəki Novorossiysk limanına nəql edirik və neft sonra buradan Qərbə göndərilir.

Sual: Bu sahədə Gürcüstanla nə kinıi münasibətlər olacaq?

Cavab: Çox yaxşı. Siz Gürcüstandansınız?

Müxbir: Bəli.

Heydər Əliyev: Hələ bir soruşursumuz? Yoxsa bilmirsiniz?

Sual: QİƏT sizin üçün alternativ MDB ola bilərmi?

Cavab: Xeyr. Bunlar müxtəlif strukturlardır. Niyə alternativ  olmalıdır? MDB mövcuddur, onun öz vəzifələri, QİƏT-in isə öz vəzifələri var. Bir də ki, bəzi ölkələri MDB-yə daxil edə bilməzsən; elə ölkələri ki, onlar QİƏT-də iştirak edirlər və onlarla da əməkdaşlıq etmək lazımdır. MDB-yə daxil olan ölkələrdən 6-sı QİƏT-də iştirak edir. Çox yaxşıdır ki, biz həm QİƏT-də, həm də MDB-də əməkdaşlıq edirik.

Sual: Cənab prezident, Ukrayna ilə əməkdaşlıq necə olacaq?

Cavab: Ukrayna ilə çox yaxşı əməkdaşlığımız, böyük dostluğumuz var. Biz Ukraynada dövlət müstəqilliyinin, samostinostun möhkəmlənməsi sahəsində görülən bütün tədbirləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bizim iqtisadi münasibətlərimiz yaxşı inkişaf edir və biz onları inkişaf etdirəcəyik.

Sual: Neftin nəqli yollarından biri kimi, Odessadan istifadə olunması mümkündürmü?

Cavab: Bilirsinizmi, variantlar olduqca çoxdur. Variantlardan biri də Odessa terminalıdır.

Sual: Bu, perspektivli variantdır?

Cavab: Bütün variantlar perspektivlidir.

Sual: GUAM-m perspektivliyi barədə Sizin fikriniz necədir?

Cavab: Çox perspektivli təşkilatdır.

Sual: Bəs Siz belə bir rəyə necə baxırsınız ki, bu ittifaqı güya nəsə hədələyir?

Cavab: Bilirsinizmi, həmişə kimsə nəyisə hədələyir. Əgər kiminsə hədələdiyi barədə düşünsək, onda heç nə etmək lazım deyildir. Hədələyirsə, qoy hədələsin.

Sual: Cənab prezident, necə bilirsiniz, bu qədər müxtəlif dövlətlərin münasibətləri QİƏT çərçivəsində iqtisadi və siyasi cəhətdən necə inkişaf edəcək?

Cavab: Ötən altı il göstərdi ki, ölkələrin iqtisadiyyatlarının vəziyyətinin müxtəlif səviyyəsindən, bu ölkələrdə ictimai-siyasi şəraitdəki fərqlərdən asılı olmayaraq, inteqrasiya imkanları var. Lakin iqtisadiyyatların vəziyyətinin müxtəlif səviyyədə olması, ictimai-siyasi şəraitdəki fərqlər bizə əməkdaşlıq etməyə maneəçilik törətmir. Ötən altı il göstərdi ki, əməkdaşlıq uğurlu ola bilər.

Jurnalist: Cənab prezident, çox sağ olun. Biz Sizə uğurlu və işgüzar səfər arzulayırıq.

Tarixi arayış

MÜSAHİBƏLƏR