Seneqal Respublikasının prezidenti zati-aliləri cənab Abdulay Vada - Bakı şəhəri, 27 mart 2003-cü il


Hörmətli cənab prezident!

Seneqal Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Seneqal xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 aprel 2003-cü il

Oçerklər

Ümumi tarixi arayış

XARİCİ SİYASƏT

Tarixi arayış