Ekvatorial Qvineya Respublikasının prezidenti zati-aliləri cənab Obianq Mbasoqoya - Bakı şəhəri, 5 oktyabr 2000-ci il


Hörmətli cənab prezident!

Ekvatorial Qvineya Respublikasının milli bayramı - Müstəqillik günü ilə əlaqədar olaraq salamlarımı və səmimi təbriklərimi yetirir, sizə cansağlığı və uğurlar, ölkənizə sülh, tərəqqi və firavanlıq arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Ekvatorial Qvineya Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətləri genişlənib möhkəmlənərək xalqlarımızın rifahının yaxşılaşmasına, ölkələrimizin yüksəlişinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 10 oktyabr 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış