Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yəmən Respublikasının Prezidenti zati-aliləri cənab Əli Abdullah Salehə təbriki - Bakı şəhəri, 17 may 2001-ci il


Hörmətli cənab Prezident!

Yəmən Respublikasının milli bayramı - Birlik günü mü-nasibətilə Sizi və dost Yəmən xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasında təşəkkül tapmış münasibətləri yüksək qiymətləndirirəm. Ümidvaram ki, qarşılıqlı səylərimiz xalqlarımızın və ölkələ-rimizin rifahına mühüm töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti