Draçevski Leonid Vladimiroviç (1942)


1999-2000-ci illərdə Rusiya Federasiyasının MDB-nin işləri üzrə naziri. 1942-ci ildə Alma-Atıda anadan olub. 1992-ci ildən RF-nin Xarici İşlər Nazirliyində çalışmağa başlayıb. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var. 1996-1998-ci illərdə RF-nin Polşada səfiri olub. 1998-1999-cu illərdə RF xarici işlər nazirinin müavini olub. Hazırda RF Prezidentinin Sibir federal dairəsi üzrə səlahiyyətli nümayəndəsidir.