Azərbaycan Prezidenti Heydər Əliyevin "Nərgiz TV"yə müsahibəsi - 29 sentyabr 1998-ci il


Sual: "Nərgiz TV"nin bir az öncə gözəl bir mərasimlə açdığımız Bakı bürosundayıq. Studiyamızda qonağımız sayın cümhur başqanı Heydər Əliyevdir.

Sayın Əliyev, bu gün Sizi burada görmək bizim üçün xüsusi bir şərəfdir. Sadəcə cümhur başqanı yox, oktyabrın 11-də keçiriləcək Azərbaycan prezidenti seçkilərində namizədlərdən də birisiniz. Keçən həftə başlanmış "Günaydın, Qafqaz" səhər proqramımızda digər beş namizədi dinləmişdik. Sizinlə isə görüşə bilməmişdik. Ona görə də indi Sizi burada görmək bizi çox məmnun edir. Sayın Əliyev, beş illik cümhur başqanlığımzı başa çatdırırsınız və indi təkrar seçkilərdə ən güclü namizəd sayılırsınız. Sizcə, qarşıdakı beş ildə Azərbaycan üçün daha nə edə bilərsiniz?

Cavab:  Bilirsiniz, Azərbaycanda ötən beş ildə gördüyümüz işlər önümüzdəki böyük işlərin görülməsi üçün təməl olubdur, əsas yaradıbdır. Bildiyiniz kimi, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yolu tutubdur. Yəni, keçmişdə olan iqtisadiyyatın, siyasi quruluşun hamısı dəyişilir, yeni müstəqil dövlət qurulur və bu dövlət də demokratik, hüquqi, dünyəvi dövlət olaraq dünya Birliyinə, Avropa Birliyinə daxil olmaq məqsədi daşıyır. Buna görə də ötən beş ildə olduğu kimi, gələcək illərdə də işlərimiz bu istiqamətdə gedəcəkdir, yəni Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlətin qurulması davam etdiriləcəkdir, Azərbaycanda insane haqlarmm qorunması bundan sonra da daim təmin olunacaqdır.

Azərbaycanda demokratiya tələblərinə uyğun insan azadlığı, yəni hürriyyət təmin olunacaqdır. Mətbuat azadlığı, vicdan, söz, fikir azadlıqları - hamısı bundan sonra da təmin olunacaqdır. Dediyim kimi, Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə gedir. Bu, çox böyük dəyişiklikdir. Çünki 70 il ərzində Azərbaycan sosialist iqtisadiyyatı əsasında qurulubdur və Azərbaycanın böyük iqtisadiyyatı, böyük sənaye potensialı, böyük iqtisadi, böyük elmi, intellektual potensialı vardır. Amma bunları çevirmək, döndərmək, özəlləşdirmə aparmaq çətindir. Məsələn, torpağın xüsusi mülkiyyətə verilməsi. 70 il bundan öncə sovet hakimiyyəti torpağı insanlardan alıb dövlətin ixtiyarına veribdir. Biz isə 70 il ötəndən sonra dövlətdə olan torpağı insanlara, şəxsi, xüsusi mülkiyyətə veririk. Bu, çox çətin, ağır bir prosesdir. Bu, həm zaman tələb edir, həm də böyük iradə tələb edir. Ancaq biz bu yol ilə gedirik, özəlləşdirmə aparırıq.

Azərbaycanda hər şey dövlətin əlində olubdur. Amma indi istəyirik ki, bu, insanlarm olsun, sərbəst olsun, insanlar bundan istədikləri kimi istifadə etsinlər, dolansmlar. Deməli, iqtisadiyyatda özəlləşdirmənin aparılması, torpaq islahatı, yəni torpağm şəxsi mülkiyyətə verilməsi və insanlara sərbəstlik verilməsi, dünya iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatı arasında maneəsiz, sərbəst əlaqələr yaradılması - bunlar hamısı Azərbaycanın inkişafma gətirib çıxaracaqdır.

Sual: Çümhur başqanı kimi çox israrla üstündə durduğunuz məsələ Azərbaycanın ən önəmli təbii ehtiyatı olan neftin dünya bazarına çıxarılması üçün bir boru xəttinin çəkilməsi layihəsidir. Bakı-Ceyhan boru xətti üçün gecə gündüz çalışırsınız. Sizcə, önümüzdəki beş ildə bunun gerçəkləşnıəsi yolunda nələr ola bilər?

Cavab:  Öncə demək istəyirəm ki, ötən müddət içərisində, dörd il bundan öncə bu işin təməlini qoyduq - "Əsrin müqaviləsi" adlanan bir müqavilə imzaladıq. Ötən dörd il içərisində Azərbaycan dünyanın ən böyük neft şirkətləri ilə 15 müqavilə imzalayıbdır. Bunların hamısının birlikdə Azərbaycana sərmayəsi 40 milyard dollardan yuxarı olacaqdır.

Bir şeyi qeyd etmək istəyirəm. Bunu Türkiyədəki tamaşaçılarınız, mənim dostlarım bilməlidirlər ki, mən bu dörd il içərisində Türkiyəni bir neft ölkəsi etdim. Türkiyənin bizim birinci müqavilədə payı 1,75 faiz idi. Sonra mən onun üzərinə beş faiz də qoydum, 6,75 etdim. Üçüncü müqavilədə Türkiyəyə "Şahdəniz" neft yatağından 9 faiz pay verildi. Son dəfə iyul ayında Londonda, Böyük Britaniyada imzaladığımız müqavilədə Türkiyəyə 10 faiz yer verildi. Artıq Azərbaycanın müqavilələrində Türkiyənin 25 faizə qədər payı vardır. Bu, işin bir tərəfidir və bu da çox önəmlidir. "Türk petrolları" şirkəti artıq Azərbaycandadır.

İkincisi, bu, neftin dünya bazarına çıxarılmasıdır. Bunun bir neçə yolları vardır. İndi bütün dünya ölkələri bir-biri ilə yarışır və çalışırlar ki, bu boru xətləri haradan, nə cür keçsin. İndi bir boru xətti buradan Qara dənizə, Rusiyanın Novorossiysk limanına gedir. Bir boru xətti buradan qarşımızdakı ildə Qara dənizə, Gürcüstanm Supsa limanına gedəcəkdir. Amma ən əsas və ən böyük boru xətti Bakı-Ceyhan boru xəttidir. Bütün neftin böyük bir hissəsi bu xətlə gedəcəkdir. Mən öncə dediyim kimi, indi də deyirəm - biz Bakı-Ceyhan boru xəttini həyata keçiririk və keçirəcəyik. Bu ilin sonuna qədər bu barədə qərar qəbul olunacaqdır.

Sual: Bakı-Ceyhan boru xəttinin tamamlandığı təqdirdə Azərbaycanın gəlirində nə kimi artım olacaqdır?

Cavab: Bilirsiniz, indi heç bir rəqəm demək istəmirəm. Siz təsəvvür edin, 1994-cü ildə imzalanmış birinci müqavilədən Azərbaycanın 80 milyard dollar gəliri olacaqdır. Amma 15 müqavilə imzalanıbdır. Bunlar 25 il içərisində olacaqdır. Bu, bir ildə olmayacaqdır. Bu gəlirin çox hissəsi də bir, iki, üç, dörd, beş il bundan sonra olacaqdır. Ola bilər, altı, yeddi il bundan sonra daha da çox olacaqdır. Mən bu gün Azərbaycanın gələcəyi üçün, bizim uşaqlarımız, nəvələrimiz üçün çalışıram və biz buna da nail olacağıq.

Sual: Heydər bəy, icazənizlə, son sualımı Azərbaycanın qan axan yarası Qarabağ barədə vermək istəyirəm. Bakıda vəondan kənarda bir milyondan çox qaçqın vardır. Bu insanlar torpaqlarına qayıtmaq istəyirlər. Siz bu istiqamətdə önəmli diplomatik addımlar atır, mühüm görüşlər keçirirsiniz. Bu sahədəki irəliləyiş nədən ibarətdir?

Cavab: Bəli, biz bu barədə çox işlər görmüşük. On il bundan öncə, 1988-ci ildə Ermənistan-Azərbaycan savaşı, münaqişəsi başlayıbdır. Ermənistan Azərbaycana təcavüz edib, Qarabağı əlinə keçirmək istəyibdir. 1994-cü ilin may aymda, yəni dörd il bundan öncə mən birinci onu etdim ki, atəşi dayandırmağa nail oldum. Atəşkəs sazişi imzaladıq və artıq atəş yoxdur. Bu məsələni sülh, barış yolu ilə həll etmək istəyirik və bu barədə də çox irəliləmişik.

Yəni ATƏT-in Minsk qrupu vardır, biz bu məsələni Minsk qrupu daxilində həll edirik. Türkiyə Cümhuriyyəti də Minsk qrupuna daxildir. Biz Türkiyə ilə daim əməkdaşlıq edir, bir yerdə çalışırıq. Güman edirəm ki, 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş qərarlara əsasən, yəni Ermənistan-Azərbaycan münaqişəsinin, Qarabağ münaqişəsinin sülh, barış yolu ilə həll edilməsi üçün qəbul olunmuş prinsiplər əsasmda bunu həll edəcəyik. Yaxın vaxtlarda yeni görüşlər olacaqdır. Mən inanıram ki, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələri çıxarılacaq və bir milyondan artıq Azərbaycan vətəndaşı öz yerlərinə-yurdlarına qayıdacaqdır.

Sual: Digər həmkarlarımla birlikdə mən oktyabrın 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində Sizə şans və uğurlar arzulayıram. Bu seçkinin Azərbaycanın daha böyük rifahı üçün, arzularının gerçəkləşdirilməsi yolunda daha önəmli xeyirlər gətirəcəyinə ümid bəsləyirik. Sizə yaxşı günlər arzulayırıq. Sayın Heydər Əliyev, Sizə belə bir sualla müraciət etmək istəyirəm. Oktyabrın 11-də, bazar günü dörd milyon Azərbaycan seçicisi sandıq başına gedəcəkdir. Sandıqdan kim çıxacaqdır? Buna nə ümid bəsləyirsiniz?

Cavab: Mən hesab edirəm ki, sandıqdan Heydər Əliyev çıxmalıdır. Təşəkkür edirəm.

Tarixi arayış