Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yəmən Respublikasının Prezidenti zati-aliləri cənab Əli Abdulla Salehə təbriki - Bakı şəhəri, 20 may 2000-ci il


Zati-aliləri!

Yəmən Respublikasının milli bayramı - Milli Birlik Günü münasibətilə Sizi və qardaş Yəmən xalqını səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

İnanıram ki, Azərbaycan Respublikası ilə Yəmən Respublikasının dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahının yüksəlməsi naminə inkişaf edib genişlənəcəkdir.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti