Çin Xalq Respublikasının sədri zati-aliləri cənab Xu Szitaoya - Bakı şəhəri, 24 sentyabr 2003-cü il


Hörmətli cənab sədr!

Çin Xalq Respublikasınınmilli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Çin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, əlaqələrimizi bütün sahələrdə genişləndirmək və dərinləşdirmək üçün qarşılıqlı səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 1 oktyabr 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya