Hörmətli Nursultan Abişeviç!
\"Əsrin müqaviləsi\"nin imzalanmasının beşinci ildönümünün bayram edilməsi münasibətilə səmimi təbriklərinizə görə sizə ürəkdən təşəkkür edirəm.
Əminəm ki, Azərbaycanın və Qazaxıstanın hərtərəfli əməkdaşlığı, о cümlədən Xəzərin enerji ehtiyatlarının nəqli sahəsində əməkdaşlığı ölkələrimizin iqtisadi inkişafına və çiçəklənməsinə kömək edəcəkdir.
Sizə və qardaş Qazaxıstan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.