Zimbabve Respublikasının Prezidenti zati-aliləri cənab Robert Muqabeyə - Bakı şəhəri, 18 aprel 2000-ci il

Hörmətli cənab prezident!

Zimbabve Respublikasının milli bayramı - Müstəqilliyin élan edilməsi günü münasibətilə Sizi və dost Zimbabve xalqını səmimiqəlbdən təbrik edir, Sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahının yüksəlməsi naminə getdikcə inkişaf edib genişlənəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.