Hörmətli cənab Prezident!
Moldova Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq, tərəfdaşlıq münasibətləri xalqımızın mənafeyi, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti