Məmmədov Tahir Tais oğlu. “AZƏRBAYCAN RESPUBLİKASINDA SİYASİ MƏTBUATIN FORMALAŞMASI VƏ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU” (2008)

İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər

siyasi elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim edlimiş dissertasiyanın

 AVTOREFERATI

 

İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Tədqiqat mövzusunun aktuallığı . Tədqiqat probleminin elmi aspektdə işlənib hazırlanması onunla şərtlənir ki, Azərbaycan dövlətin informasiya siyasəti, onun formalaşması və reallaşması bu gün ökəmizin ümumi siyasətində ön plana çəkilir. Müasir dövrdə jurnalistikanın prinsipial yeni məzmunu barədə, KİV sistemində çalışan yeni tipli mütəxəssislərin hazırlanması haqqında adekvat informasiya texnologiyalarının işlənib hazırlanması və reallaşması təbii prosesə çevrilir. Bütün dünyada informasiya sistemi sürətlə, coşğun surətdə inkişaf edir. İnformasiya cəmiyyətinin yeni tipi formalaşır. Çoxəsrlik Azərbaycan tarixinin elmi-siyasi səpgidə tədqiqi həmişə böyük maraq doğurur. Lakin həmin tarixin hər bir mərhələsinin elmi nöqteyi-nəzərdən araşdırılması özünəməxsusluq kəsb edir. Bu baxımdan XX əsrin ikinci yarısının xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və fəaliyyəti ilə bağlı olan Azərbaycan tarixinin xüsusi elmi tədqiqat obyektinə çevrilməsi, ölkəmizin sosial-milli və siyasi həyatının öyrənilməsi nəzəri-praktiki tələbatdır. Siyasi liderlər əsri kimi mənalanan XX əsrin dünya şöhrətli böyük siyasətçisi Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və təkmilləşdirilməsi, cəmiyyətimizin mənəvi həyatının yüksəlişi ilə balğı fəaliyyətinin elmi-nəzəri tədqiqi bu gün xüsusi aktuallığı ilə səciyyələnir.

Cəmiyyətin bütün sferalarının inkişafında kütləvi informasiya vasitələri əhəmiyyətli spesifik rol oynayır. İnformasiya vasitələri sistemində mətbuatın, ilk öncə siyasi mətbuatın rolu daha böyükdür. Təsadüfi deyildir ki, siyasi elmə dair ədəbiyyatda siyasi mətbuatın mahiyyəti və məqsədinin öyrənilməsinə daim maraq artır. Əlbəttə, bununla bağlı siyasi mətbuatın təşəkkülü, formalaşması və inkişafı prosesinin elmi təhlili tədqiqatçıların diqqətindən yayınmır. Elə, Azərbaycan Respublikasında siyasi mətbuatın formalaşmasında və inkişafında Heydər Əliyevin rolunun tədqiqat obyekti kimi seçilməsi də həmin zərurətiın məntiqi ilə şərtlənir.

Tədqiqat işində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin demokratik prinsiplərlə şərtlənən siyasi mətbuatın formalaşması və inkişafına bəxş etdiyi nəzəri-praktiki töhvə öz əksini tapıb və onun dövlətçilik fəaliyyətinin mətbuatda təcəssümünün rəngarəng siyasi çalarları araşdırılır.

Hələ sovetlər birliyi dövründə kütləvi informasiya vasitələrinə həmişə həssas münasibət göstərən Heydər Əliyev о zaman bildirirdi ki, «Azərbaycanda MK-nın birinci katibi kimi mən də azadfikirliliyimlə müəyyən dərəcədə, о vaxtın çərçivəsi daxilində fərqlənirdim. О vaxtlar korrupsiyaya, əxlaqa zidd hallara, cəmiyyətdəki bütün mənfi hallara qarşı mübarizə barədə mətbuatda qaldırdığım məsələlər onda partiya dairələrində heç də hər yerdə yaxşı qarşılanmırdı».(Heydər Əliyev və mətbuat. Redaktoru və ön sözün müəllifi akademik R.Mehdiyev. 4 cilddə». III cild, Bakı, «Nurlar» nəşriyyatı, 2003)

Ulu öndərimizin bu fıkrindən göründüyü kimi, yüksək dövlət və partiya vəzifəsində çalışmasına baxmayaraq Kremlin «nöqsanları və çatışmazlıqlar keçmişin qalıqlarıdır, onları çox da qabartmamalıyıq», - ideyasına qarşı çıxan Heydər Əliyev hələ sovet totalitar cəmiyyətində belə açıq, obyektiv sözün, azad fikrin siyasi mətbuata nüfuz etməsinə çox vaxt özü şərait yaradırdı.

Heydər Əliyev 1988-1990-cı illərdə Azərbaycanın müstəqilliyinin nəzəri konsepsiyasını işləyib hazırladı. Onun qüdrətli siyasi fıkirləri Azərbaycan mətbuatında öz əksini tapa bilməsə də «Sovet Gürcüstanı» qəzetində səsləndi. «Xalqı müdafiə etmək, xalqın mövqeyini müəyyənləşdirmək vaxtıdır» («Ana torpaq» qəzeti» 8 fevral 1989-cu il) deyən uzaqgörən siyasətçi «ortalığa atılan» Qarabağ probleminin məhz imperiya siyasəti ilə üzə çıxdığını cəsarətlə açıqlayırdı.

Müstəqilliyimizin kövrək illərində, mətbuatda siyasi plüralizmin ilk təzahürlərinə, azad, sərbəst siyasi qəzetlərin - «Azadlıq», «Ana torpaq», «Azərbaycan» kimi müstəqil mətbuatın yaranmasına sevinən Heydər Əliyev olmuşdur.(Heydər Əliyev və mətbuat. Redaktoru və ön sözün müəllifi akademik R.Mehdiyev. 4 cilddə. III cild. Bakı. «Nurlar» nəşriyyatı, 2003)

Heydər Əliyev xalqımızın siyasi mübarizəsinin tərkib hissəsi olan kütləvi informasiya vasitələrinin sovet ideologiyasının təsirindən xilas olmasına əhəmiyyətli təsir göstərməklə müstəqil milli dövlət quruculuğu sahəsində siyasi fəaliyyətini genişləndirdi.

Təsadüfi deyil ki, 1991-ci il 9 fevral tarixli «Həyat» qəzetində verdiyi müsahibədə «Azərbaycana qayıtmağını Vətənin ağır və çətin dövrdə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» («Həyat» qəzeti, 23 oktyabr 1991-ci il) deyirdi, О müstəqillik uğrunda mübarizədə qələbənin rəhnini məhz mənəvi və fiziki səfərbərlikdə görürdü.

Böyük siyasətə yenidən qayıdan Heydər Əliyev «başqa yolumuz yoxdur» deməklə, demokratiyanı yeniləşən Azərbaycanın inkişafı və tərəqqisi yolu kimi seçməyi tövsiyə edirdi. Son nəticədə о cəmiyyətimizi dünyanın sivil ölkələri sırasına qovuşdurdu.

Yeni Azərbaycanın müstəqil dövlətçiliyi dövründə digər sahələrdə olduğu kimi, siyasi mətbuatında da Heydər Əliyev mərhələsi başladı.

Siyasi mətbuat Heydər Əliyev dövründə demokratiya və aşkarlığı vətəndaş cəmiyyətinin göstəricilərindən ən mühümü kimi qiymətləndirdi. Heydər Əliyev tərəfindən mətbuatda senzuranın aradan qaldırılması siyasi mətbuatın demokratikləşməsi mənasında qüdrətli amil oldu və beləliklə, demokratik siyasi tələkkürün, azad fıkirliliyin inkişafı üçün geniş imkanlar yarandı. Respublikadakı demokratik dəyişikiliklər mətbuatda plüralizmin, açıq sözün, azad fikrin formalaşmasına, Azərbaycan Respublikasının demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti kimi inkişaf etdirilməsinə istiqamətləndi. Bütün bunlar seçilmiş problem üzrə siyasi tədqiqatların apanlmasına real və əlverişli zəmin yaratdı.

Mövzunun işlənmə dərəcəsi. Siyasi elmə aid əsərlərin təhlili təsdiqləyir ki, respublikamızda siyasi mətbuat problemi tədqiqat obyekti kimi ayrılıqda kifayət qədər tədqiq edilməmişdir. Mətbuatın, xüsusilə siyasi mətbuatın formalaşması və inkişafında siyasi liderin (dövlət başçısının) rolu isə ayrıca tədqiqat obyektinə çevrilməmişdir.

Lakin KİV-in, eləcə də informasiya siyasətinin tədqiqi xarici ölkələrin fəlsəfi və siyasi elmə dair ədəbiyyatında kifayət qədər nəzərə çarpır. N.O.Petkovanın (Петкова H.O. Проблемы формирования коммуникативно-информацион­ных структур гражданского общества. М.: 2001), S.V.Konovçenkonun (Коновченко С.В. Общество-средства массовой информации - власть. Ростов н/Д., 2001), E.P.Proxorovun (Прохоров Е.П. Журналистика и демократия. М.: 2001), P.Sorokinin (Сорокин П. Человек, Цивилизация. Общество, М.: 1992), V.D.Popovun (Информационная политика. М: 2003), M.V.Şkondinin (Система средств массовой информации. М.: 2000) tədqiqat işləri məhz bu qəbildəndir.

Araşdırdığımız problem tədqiq etdiyimiz səpgidə və tətbiq olunan metodoloji yanaşma əsasında ilk dəfə tədqiq edilir. Bununla belə ümumilikdə problemin ayrı-ayrı məqamları ilə bağlı Azərbaycan alimlərinin müxtəlif aspektdə araşdırmaları nəzərə çarpır. Bu əsərlərdə respublikamızda ümummilli liderimiz Heydər Əliyevin mətbuatla bağlı fəaliyətinin müxtəlif istiqamətləri və məqamları müəyyən öyrənilmişdir. Bu baxımdan akademik Ramiz Mehdiyevin tədqiqatları olduqca əhəmiyyətlidir. Görkəmli alimin redaktorluğu ilə çap olunan 4 cildlik «Heydər Əliyev və mətbuat» adlı kitabı xüsusilə diqqəti cəlb edir. Kitabda 1990-cı ildən 2003-cü ilədək olan dövrdə mətbuatımızın vəziyyəti, inkişaf problemləri və perspektivi ilə əlaqədar Heydər Əliyevin fəaliyyəti (çıxışları, müsahibələri, təklifləri və s.) dolğun səviyyədə açıqlanır, «Prezident Heydər Əliyevin jurnalistika dərsi» adlanan digər kitabda isə onun Azərbaycan jurnalistikasının inkişafına bəxş etdiyi töhvə, respublikamızda jurnalistikasının inkişaf problemlərinə dair müddəları, mətbuatımızın təşəkkülü və formalaşmasında siyasi demokratiyanın əhəmiyyəti və digər əhəmiyyətli məsələlərə aydınlıq gətirilir (Mehdiyev R. Azərbaycan: Qloballaşma dövrünün tələbləri; Keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri. Bakı, YNE, 2005; Mehdiyev R. «Demokratiya yolunda: İrs haqqında düşünərkən Bakı «Şərq-Qərb» nəşriyyatı, 2008).

Tarix elmləri doktoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov Dövlət İdarəçilik Akademiyasının yaradılmasında Heydər Əliyevin xüsusi xidmətini nəzərə çatdırır.(Qəndilov S. İdarəçilik Akademiyası Heydər Əlivev dühasının bəhrəsidir, Bakı, Çaşıoğlu, 2005; Qəndilov S. Müstəqillik illərinin düşüncələri. Bakı, Naksuana, 2006) Fəlsəfə elmləri doktoru, prof. Qoşqar Əliyevin «Heydər Əliyev və milli mentalitet fəlsəfəsi» adlı monoqrafiyasında Heydər Əliyevin müstəqilliyimiz əbədidir konsepsiyasının mahiyyəti və əhəmiyyəti təhlil olunur, dövlətçilik və siyasi mentalitetlə bağlı onun mülahizə və mühakimələri mənalandırır.(Əliyev Q. Heydər Əliyev və milli mentalitet fəlsəfəsi Bakı, «Qismət», 2003) Məhərrəm Məmmədovun «III Respublika: Milli inkişaf modeli və strategiyası» adlanan digər monoqrafıyada Heydər Əliyevin siyasi və iqtisadi islalatlarının əhəmiyyəti və perspektiv dəyərləri, Azərbaycançılıq konsepsiyası və s. məsələlər təhlil olunur. Nigar Ələkbərovanın siyasi elmə dair tədqiqatı da maraq doğurur.(Ələkbərova N. Siyasi elmin tarixi və metodologiyası. Bakı, Azərbaycan, 2005) Siyasi elmlər doktoru Hicran Hüseynovanın tədqiqatında Avropa inteqrasiya prosesləri sisteminə Azərbaycanın qovuşmasında Heydər Əliyevin böyük xidmətini açıqlanır.(Hüseynova H. Azərbaycan Avropa inteqrasiya prosesləri sistemində. Bakı, Hərbi nəşriyyatı, 1999) Məcid Əfəndiyevin «Siyasi elmin əsasları» adlı geniş həcmli kitabında kütləvi informasiya vasitələri siyasət sistemində məsələləri əhatəli araşdırılır, KİV-in siyasi funksiyaları və siyasətdə yeri, eləcə də onun hakimiyyət strukturları ilə qarşılıqlı əlaqəsi tədqiq edilir.(Əfəndiyev M. Siyasi elmin əsasları,.Bakı, Siyasət, 2008) Aydın Mirzazadə tədqiq etdiyimiz problemin əhəmiyyətli aspektlərindən birini - Azərbaycan Respublikasında çoxpartiyalı sisteminin formalaşması xüsusiyyətlətini əhatəli araşdırır.(Mirzəzadə A. Azərbaycan Respublikasında çoxpaftiyalı sistemin formalaşması xüsusiyyətləri Bakı, Azərnəşr, 2001) Tədqiq etdiyimiz problemin bəzi məqamları, eləcə də digər məqalə və dissertasiyalarda öz əksini tapmışdır. Ümumiyyətlə, ölkəmizdə çap olunan fəlsəfi-politoloji mahiyyətli tədqiqat işlərində tədqiq etdiyimiz problemin müxtəlif tərəfləri öyrənilsə də, respublikamızda siyasi elm səviyyəsində siyasi mətbuat anlayışının, оnun təfəkkülü və inkişaf qanunauyğunluqlarının sistemli tədqiqinə kifayət qədər cəhd edilməmişdir. Tədqiq etdiyimiz problem - Azərbaycan Rcspublikasında siyasi mətbuatın formalaşmasında və inkişafında Heydər Əliyevin rolu siyasi elmin problemi kimi indiyə qədər xüsusi tədqiqat obyektinə çevrilməyib və bu aspektdə həmin problemin tədqiqinə ilk cəhddir.

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi mətbuatın formalaşması və inkişafina dair fəaliyyəti, bu sahədə həyata keçirdiyi dövlət siyasəti, predmetini isə ulu öndərimizin bu sahədəki siyasətinin əsasında duran konseptual yanaşmaları və irəli sürdüyü müvafiq müddəalar təşkil edir.

Tədqiqatın məqsəd və vəzifələri. Elmi işin əsas məqsədi ilk milli mətbuatımızın təşəkkürünün qanunauyğunluqlarını, onun sonrakı dövrlərdə - sovet məkanında ədəbi-bədii və siyasi mətbuatın formalaşmasına təsirini, müstəqillik dövründə Azərbaycan mətbuatının keyfiyyətcə yeni və çoxcəhətli inkişaf mərhələsinə qədəm qoymasının obyektiv tarixi zəruriliyinin mahiyyətini və siyasi mətbuatımızın inkişafında Heydər Əliyevin rolunu tədqiq etməkdən ibarətdir. Bununla əlaqədar olaraq dissertasiyanın məqsədinə nail olmaq üçün aşağıdakı konkret vəzifələr müəyyən edilmiş və öz həllini tapmışdır:

          - Azərbaycanda ilk siyasi mətbuatın təşəkkülü qanunauyğünluqlarını araşdırmaq;

          - Milli dirçəlişdə və milli özünüdərketmədə siyasi mətbuatın rolunu açıqlamaq;

          -Yeni Azərbaycanda siyasi mətbuatın təşəkkülü və inşafı xüsusiyyətlərini aydınlaşdırımaq;

          -Azərbaycan siyasi mətbuatında Heydər Əliyev mərhələsinin mahiyyətini və milli dəyərlərini təhlil etmək;

          -Azərbaycanda müstəqilliyin qərarlaşmasının siyasi mətbuatın daha da təkmilləşməsinə sistemli təsirini üzə çıxarmaq;

          -Siyasi təsisatların, ilk növbədə dövlətin və eləcə də siyasi partiyaların, demokratik dəyərlərin siyasi mətbuatımızın formalaşmasına təsir mexanizmini müəyyənləşdirmək;

          -Siyasi mətbuatın millli vətənpərvərlik ideologiyasının formalaşmasında əhəmiyyətini nəzərə çatdırmaq.

Dissertasiyanın nəzəri-metodoloji əsasları. Tədqiqat işinin metodoloji bazasını siyasi elmdə qəbul olunmuş ümumi-xüsusi (elmi, müqayisəli-tarixi, sistemli yanaşma, struktur-funksional, empirik, siyasi modelləşdirmə və s.) metodları təşkil edir. Eləcə də ümumməntiqi metodlardan analiz, sintez, induksiya, deduksiya və s. istifadə olunmuşdur.

Tədqiqatın mənbəşünaslıq bazası. Tədqiqat prosesində ölkə Konstitusiyasına, ümummilli liderimiz Heydər Əliyevin əsərlərinə, çıxış və nitqlərinə,(Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 24 cilddə. Bakı, 1997-2008) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış və nitqlərinə, eləcə də ölkəmizdə və xaricdə çap olunmuş dəyərli elmi tədqiqatlara, monoqrafıyalara, respublikamızın dövri mətbuatına istinad edilmişdir.

Dissertasiya işinin elmi yeniliyi;

          -dissertasiya işi səviyyəsində ilk dəfə olaraq milli mətbuat və Heydər Əliyev məktəbi universal, sistemli aspektdə tədqiq edilmişdir;

          -milli siyasi şüurun və milli özünüdərkin qərarlaşmasında siyasi mətbuatın spesifik rolu və əhəmiyyəti araşdırılmışdır;

          -müstəqillik dövründə siyasi mətbuatın formalaşması və inkişafında Heydər Əliyevin fəaliyyətinin bütün dəyərli məqamlarının müqayisəli təhlilinə cəhd edilmişdir;

        -respublikamızda demokratik siyasi prinsiplərin qərarlaşmasında, siyasi plüralizmin geniş təzahüründə Heydər Əliyevin rolunun milli mətbuatımızda keyfiyyətcə yeni çoxcəhətli çalarların üzə çıxmasına istiqamətlənməsi tədqiq olunmuşdur;

          - siyasi təsisatların (dövlətin və s.) siyasi mətbuatımızın milli- bəşəri dəyərlər ruhunda formalaşmasına təsirinin əhəmiyyətli məqamlarının müqayisəli təhlilinə səy göstərilmişdir;

          -siyasi mətbuatın milli vətənpərvərlik ideologiyasının formalaşması və inkişafında rolu açıqlanmışdır;

          - Heydər Əliyev tərəfindən həyata keçirilən senzurasız mətbuatın demokratik imkanları və müstəqil fəaliyyəti araşdırılmışdır.

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Tədqiqat işində istifadə olunmuş materiallardan və əldə edilmiş elmi nəticələrdən siyasi elmin xüsusi bölməsi olan «Siyasi şüur və siyasi mədəniyyət», «Siyasət nəzəriyyəsi» üzrə və eləcə də «Politologiya», «Sosiologiya» fənlərinə dair mühazirələrdə və məşğələlərdə, bütövlükdə siyasi təsisatların, mətbuat işçilərinin fəaliyyətində, respublikamızda geniş yayılan «Heydər Əliyev Universiteti»nin məşğələlərində istifadə oluna bilər. Eyni zamanda tədqiq olunan problem aktuallığı baxımdan və əldə edilən müvafiq nəticələr nöqteyi-nəzərdən gələcəkdə bu istiqamətli nəzəri bazanın yaradılması və zənginləşməsi işinə müəyyən köməklik göstərə bilər.

Dissertasiyanın aprobasiyası. Dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya və siyasi idarəetmə kafedrasında müzakirə edilmiş və müdafiəyə təqdim olunmuşdur. İşin əsas məzmunu müəllifin nəşr etdirdiyi bir monoqrafiya və 8 elmi məqaləsində öz əksini tapmışdır.

Dissertasiyanın strukturu. Dissertasiya giriş, üç fəsil (8 paraqraf), nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

 

DİSSERTASİYA İŞİNİN ƏSAS MƏZMUNU

Girişdə təqdim olunan mövzunun aktuallığı əsaslandırılır, onun işlənmə dərəcəsi işıqlandırılır, tədqiqatın məqsədi və vəzifələri müəyyən edilir, elmi yeniliyi və praktiki əhəmiyyəti açıqlanır.

Dissertasiyanın «Milli mətbuat və Heydər Əliyev siyasi məktəbi» adlanan I fəsli üç problemi əhatə edir. «Azərbaycanda ilk milli siyasi mətbuatın təşəkkülü və inkişafı» adlanan birinci paraqrafda ilk milli siyasi mətbuatın təşəkkülü və inkişafı prosesinin mahiyyəti, qanunauyğunluqları və səciyyəvi xüsusiyyətləri öz əksini tapır. Dissertasiya işində belə bir əhəmiyyətli məqam vurğulanır ki, əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən qoyulan «Əkinçi» qəzeti ilk demokratik qəzet olmaqla ölkədə baş verən ictimai-siyasi proseslərə nüfuz edir, həmin hadisələrin obyektiv mahiyyətini üzə çıxarır.

«Əkinçi» qəzeti reallığı, həyatda cərəyan edən hadisələri düzgün əks etdirməyi və xalqa çatdırmağı özünün vazifəsi və mənəvi borcu hesab edirdi. Həsən bəy Zərdabi təhkimçilik hüququnu və qaydalarını, mövcud quruluşun siyasi eybecərliklərini kəskin tənqid edirdi. Mənsub olduğu xalqa, Vətənə sədaqətini və məhəbbətini qeyd edən Həsən bəy Zərdabi uzaqgorənliklə yazırdı: «Fikrim budur ki, Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub onun üstə zikr edilən həcvi qazdıram ki, gələcəkdə bizim övladlar о yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti islami qəflətdən ayıltmaq istəyən bir vəqmdə neçə nadanlara rast gəlmişəm».(Zərdabi H. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1960, səh. 19)

«Əkinçi» qəzetinin səhifələrində gələcək mətbuatımız üçün azad, açıq sözün, doğru və düzgün yazmağın təməli qoyulmuşdur. Azərbaycan mətbuatında demokratik düşüncə tərzinin ilk nümunələri məhz «Əkinçi» qəzetində əksini tapmışdır, demokratik bədii-siyasi fikrin rüşeymləri onun fəaliyyəti ilə bağlı olmuşdur.

İlk milli siyasi mətbuat tariximizə əhatəli aydınlıq gətirmək naminə tədqiqat işində nəzərə çatdırılır ki, 56-cı nömrəsindən sonra 1877-ci ildə nəşri dayandırılan «Əkinçi» qəzetindən sonrakı ictimai- siyasi olaylar, problemlər Bakıda nəşr olunan rus dilli qəzetlərdə işıqlandırılırdı. Belə qəzetlərdən ilkin olaraq (1871-cı ildə) üzə çıxan «Bakinski listok» adlanırdı.

İkinci rus dilli qəzet isə 1876-cı ildə nəşr edilən «Bakinskie izvestiya» idi. Belə qəzetlərdən uzunömürlüyü ilə fərqlənən yalnız «Kaspi» qəzeti olmuşdur. (Həmin adla siyasi qəzet Azərbaycanda indi də nəşr olunur). Bu qəzetin nəşrini 1897-ci ildən Azərbaycan xalqının ən böyük xeyriyyəçisi və maarifpərvər oğlu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdür. Neft milyonçusu, eyni zamanda əsl «millət atası» kimi ad-san qazanmış Hacı Zeynalabdin qəzeti öz şəxsi vəsaiti hesabına nəşr etdirmişdir.

Rus dilində nəşr olunmasına baxmayaraq «Kaspi» qəzeti «Əkinçi»nin ənənələrinə sadiq qalmışdır. Onun məqsəd və məramnaməsindən yan keçməmişdir. Həsən bəy Zərdabi irsini davam və inkişaf etdirərək «Əkinçi»nin demokratik-siyasi dəyərlərinə, xüsusilə Həsən bəy Zərdabinin qəzetçilik fəaliyyətinə xoş məramla yanaşmışdır.

«Kaspi» qəzetinin 1887-ci ildə çıxan 125 nömrəli sayında dərc edilən məqalə bu baxımdan daha səciyyəvidir:

          «- Ziyalı, həssas bir şəxs olan Həsən bəy Məlikov (Zərdabi) yerli əhalinin qolçomaqlardan ağır iqtisadi asılılığını dərk edərək, hər yerdə və hər cür əlverişli şəraitdə kəndlilərin hüquq və vəzifələrini təkid və səbrlə onlara başa salır ki, bu da müftəxorların və ümumiyyətlə, bulanıq suda balıq tutmağı sevənlərin hamısının xoşuna gəlmir. Həsən bəydən narazı olan adamlar onu Zərdabdan çıxarıb qovmaq üçün müxtəlif üsullara əl atır və bunun üçün hər cür alçaq vasitələrdən istifadə etməkdən belə çəkinmirlər».(«Kaspi» qəzeti, 1887, №125)

Böyük satirik şair M.Ə.Sabirin «bizim mənəvi atamız» adlandırdığı Həsən bəy Zərdabini, ümumiyyətlə, mətbuata xor baxanları, qəzetlərin nəşrinə əngəl törədənləri, xalqa, millətə zülm edən istismarçıları tənqid edən «Kaspi» qəzetində deyilirdi ki, «sən nə qədər dua oxuyursan, oxu donuz öz xoşuna bostandan çıxmaz»(Yenə orada).

Müasir Azərbaycanın «Azərbaycan» qəzeti zəngin və dolğun fəaliyyət proqramına malik olmuşdur. Qəzet siyasi, tarixi ictimai, elmi, ədəbi-bədii mahiyyətli yazılarla yanaşı, ümummilli əhəmiyyətli sənədlərin dərc olunmasına xüsusi diqqət yetirirdi. Mətbuatın ictimai-siyasi ruhunu, fəaliyyət istiqamətini təhlil edərək Heydər Əliyev «Azərbaycan» qəzetinin 28 mart 2000-ci il tarixli nömrəsində yazırdı:

          «XX əsrin 70 ildən artıq dövrü sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf edir. Bu dövrün də xüsusi yeri vardır. Məhz qəzet və jurnalların şəbəkəsi genişlənmiş, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşmişdir. Mətbuat daha çox partiyalı, sinfi olsa da vətənpərvər jurnalistlərimiz öz qələmlərini daim xalqın xidmətində işlətmiş və bu yolda bəzən təqiblərə də məruz qalmışlar» («Azərbaycan» qəzeti, 7 avqust 1998-ci).

Dissertasiyada 1920-ci illərdən sonrakı dövr mətbuat tariximizin ikinci mərhələsi kimi araşdırılır və qeyd edilir ki, sovet ittifaqı yarandığı zamandan etibarən hakimiyyət öz mətbuatına 70 ildən çox rəhbərlik və nəzarət etmişdir. Lakin totalitar sovet siyasi rejimi bu uzun dövr ərzində heç bir müstəqil qəzet, jurnal nəşr olunmasına yol verməmiş, onu «ideoloji çərçivədə» saxlamaqla «ümumxalq mənafeyinin müdafiəçisi» kimi təbliğ etdirmişdir.

I fəslin 2-ci paraqrafı «Milli dirçəlişdə və milli özünüdərkdə Heydər Əliyevin rolu» adlanır. Burada belə bir cəhət vurğulanır, milli şüur bütövlükdə sosial, siyasi, əxlaqi, estetik, dini və digər görüşlərin məcmuu olmaqla bu və ya digər millətin xalqın mənəvi varlığının və inkişafının mahiyyətini, səviyyəsini və xüsusiyətlərini mənalandırır. O, eləcə də millət və xalqların cəmiyyətin müxtəlif sərvətlərinə münasibətini, onun tarixi inkişaf prosesini və həll edəcəyi məsələləri ehtiva edir. Milli şüurun zəminini məhz milli özünüdərk şüuru, başqa sözlə milli mənlik şüuru təşkil edir. Milli mənlik şüurunun strukturunda bu və ya digər millətin mənsub olduğu milli mənəvi dəyərlərə dərk olunmuş münasibəti, mənəvi sərvətləri zənginləşdirməyə istiqamətlənən yaradıcılıq qabiliyyəti və səyləri, eləcə də milli mənafeyi realaşdırmaq naminə sıx birləşməsi əhəmiyyətli yer tutur.

XX əsrin görkəmli şəxsiyyətlərindən, böyük siyasətçilərdən biri olan Heydər Əliyevin həyatı, ictimai-siyasi və dövlətçilik fəaliyyəti eləcə də mətbuatla sıx bağlı olmuşdur. O, Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə azadlıq uğrunda mübarizəmizin ön sıralarında olmuşdur, xalqı müstəqillik uğrunda mübarizəyə səsləməklə yanaşı açıq söz, azad fikir, demokratik düşüncə tərzinin qızğın tərəfdarı kimi çıxış edirdi . Bu qətiyyətli mövqe ilk öncə Azərbaycan üçün milli dirçəliş, özünüdərketmə dövrünə təsadüf edirdi.

Mətbuatda verdiyi müsahibədə Heydər Əliyev hələ о zaman azərbaycançılıq mövqeyindən çıxış edərək qətiyyətlə bildirirdi: «Mənə elə gəlir ki, Azərbaycan xalqı ilk milli oyanış, milli dirçəliş, milli özünüdərketmə dövründə gərək müstəqil, demokratik yolla inkişaf etsin. Daha dəqiq desək, gərək cəmiyyətimizdə demokratik proseslər daha da sürətlə inkişaf etdirilsin. Bizim başqa yolumuz yoxdur. Əgər bundan sonra demokratik yolla getməsək, nə Azərbaycanın tam dövlət müstəqilliyinə nail ola bilərik, nə də xalqımızın tarixini, ənənələrini əsas götürməklə özümüzü dünya millətləri səviyyəsində hiss edə bilərik». («Ana torpaq» qəzeti, 8 fevral 1989-cu il)

Millli dövlətçiliyin elmi konsepsiyasını işləyib hazırlayan Heydər Əliyev sivil dünya ölkələri sırasına qoşulmağın yeganə yolunu «başqa yolumuz yoxdur» - deyərək demokratik proseslərin inkişafında görürdü.

Dərin demokratik təfəkkür tərzinə malik olan Heydər Əliyev öz xalqını milli identikləşmə prosesinə çağırır, siyasi azadlıq ideyalarına can atan cəmiyyətimizin yeni zəmində formalaşmasını və inkişafını tarixi zərurət kimi əsaslandırırdı. Onun uzaqgörünliyi həmçinin bununla mənalanırdı ki, həmin prosesin təşəkkülünü milli KİV-in, xüsusilə siyasi mətbuatın azad, demokratik mahiyyətli inkişafı ilə əlaqələndirirdi. Elə bu nöqteyi-nəzərdən 1990-cı illərdə gələcək müstəqil Azərbaycanın yeniləşməsi və nəticə etibarilə dünya sivilizasiyasına qoşulması prosesinin həyati tələbat olmasına dair konsepsiya işləyib hazırlamışdır. Akademik Ramiz Mehdiyev yazmışdır: «2003-cü il fevralın 17-də Prezident Heydər Əliyevin imzaladığı «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya» Azərbaycanda «elektron demokratiya» və «elektron hökumət» yaradılması yolunda ilk addım oldu». (Mehdiyev R. «Demokratiya yolunda: İrs haqqında düşünərkən. Bakı, «Şərq-Qərb» nəşriyyatı, 2008. səh, 199)

Tədqiqat işinin fəslinin «Yeni Azərbaycanın siyasi mətbuatında Heydər Əliyev mərhələsi» adlanan 3-cü paraqrafında yeni siyasi mətbuatımızın formalaşmasında Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin bütün aspektləri araşdırılır. İlk öncə nəzərə çatdırılır ki, KİV siyasətin spesifik komponenti olmaqla hakimiyyət strukturları ilə qarşılıqlı əlaqəyə malikdir. Sosial fenomen olmaq etibarilə siyasət kütləvi informasiya vasitələrinə daha ciddi ehtiyac duyur. KİV anlayışının mənəvi tərəfi özündə ilk öncə mətbuatı - qəzeti, jurnalı, məlumat vərəqlərini və s. əks etdirir. Əlbəttə, mətbuat anlayışı eləcə də siyasi mətbuatı özündə təcəssüm etdirir. Mətbuat cəmiyyətin həyat fəaliyyətinin bütün sferalarına, həmçinin siyasətə əhəmiyyətli təsir göstərir. Qəzet və jurnallardakı hər bir yazıya, məlumata insanlarla bilavasitə və ciddi söhbət kimi diqqət yetirmək lazımdır.

Həyat həqiqətlərinin, eləcə də siyasi həqiqətlərin və reallıqların obyektiv, elmi cəhətdən düzgün əsaslandırılması, sübuta yetirilməsi ictimai-milli inkişafımızın zəruri tələbidir. Bunların reallaşdırılması üçün Yeni Azərbaycanın siyasi mətbuatında Heydər Əliyev mərhələsi dönüş nöqtəsidir. Siyasi mətbuatmızın bu tarixi dövrü dövlətçiliyimizin təkmilləşdirilməsi üçün hərtərəfli və əlverişli imkanlar əldə etmişdir.

Siyasi mətbuatın səmərəli, ardıcıl və ən başlıcası müstəqil fəaliyyətində dövlət mistəqilliyinin elan edilməsi həlledici rol oynadı.

Müstəqil, suveren dövlət uğrunda mübarizənin genişlənməsi məqsədilə Heydər Əliyev yazırdı: «Azərbaycanda hüquqi dövlət qurulması, demokratik sivilizasiyalı cəmiyyət yaradılması» insan azadlıqlarının, söz, vicdan azadlığının, siyasi plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olunması dövrün tələb etdiyi prinsiplərdir və bu prinsipləri biz ardıcıl olaraq həyata keçirməliyik» (Heydər Əliyev və mətbuat. Redaktoru və ön sözün müəllifi akademik R.Mehdiyev. 4 cilddə.III cild. Bakı «Nurlar» nəşriyyatı, 2003).

Söz azadlığının , siyasi plüralizmin təşəkkül tapdığı zamanda Bakıda «Naxçıvan» həftəlik qəzetinin (10 oktyabr 1992-ci il) ilk nömrəsi çapdan çıxdı. Bu münasibətlə Heydər Əliyev təbrik məktubunda yazırdı:

«Bu gün Naxçıvan Muxtar Respublikası çox böyük çətinliklə üz- üzə dayanıb. Bu çətinlikləri aradan qaldırmaq üçün biz çox iş görməliyik. İndi Naxçıvanın çox şeyə ehtiyacı var, ancaq bu gün naxçıvanlılar çörəkdən, ətdən, yağdan, elektrik işığından qabaq xeyirxah sözə, həqiqəti və ancaq həqiqəti deyən jurnalist qələminə möhtacdır».(«Naxçıvan» qəzeti, 10 dekabr 1992-ci il. S.1)

Dissertasiyada belə bir mülahizə yürüdülür ki, şəxsiyyəytin mənəvi yetkinliyinin təzahür formaları müxtəlifdir. Əlbəttə, yüksək mənəvi-idraki qabiliyyət prinsip etibarilə həyat fəaliyyətinin hər hansı formasında üzə çıxa bilər. Çünki mənəviyyat, eləcə də siyasi mənəviyyat ilk öncə insanın öz fəalliyyətinə münasibətində daha aydın təzahür edir, ən başlıca isə insanı həmin fəaliyyətə hansı maraq, mənafe və tələbat sövq edir. Əgər bu və ya digər şəxsin fəaliyyəti harada, о cümlədən mətbuatda nazərə çarpmasından asılı olmayaraq məhdud fərdi mahiyyət daşımırsa, millətə qarşı çevrilən məqsədlərin «təntənəsinə» istiqamətlənmirsə və yalnız xalqın, vətəndaşların mənafeyi ilə uzlaşırsa belə fəaliyyət milli ləyaqətin əsl təcəssümüdür. Heydər Əiiyevin fəaliyyəti, mətbuatda əksini tapan milli tərəqqi konsepsiyası məhz bu mənada böyük milli dəyərləri ilə mənalanır.

Heydər Əliyevin fəal vətəndaşlıq mövqeyi, Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sferalarında, xüsusilə xilaskarlıq sahəsindəki əsl siyasi liderliyi artıq qabarıq surətdə nəzərə çarpırdı. Müstəqilliyimizin ilk dövrlərində siyasi mətbuata dərin nüfuz edən Heydər Əliyev fikirləri, ideyaları artıq öz bəhrəsini verməkdə idi.

Mətbuatda siyasi çeviklik artırdı. Azadlıq, müstəqillik uğrundakı Heydər Əliyevin demokratik fıkir və düşüncələri ideyaları bütün siyasi mətbuatımızı fəallaşdırırdı.

Kütləvi informasiya vasitələri siyasi həyatın həm subyekti və eləcə də obyektidir. Bu cəhət ondan irəli gəlir ki, KİV-nin özü və təbii ki, mətbuat da sosial gerçəkliyin komponentidir. О sosial reallığı bütün mürəkkəbliyi və ziddiyyətləri ilə birlikdə bu və ya digər formada təkrar istehsal edir. Heç də təsadüfi deyil ki, informasiya axını bütövlükdə KİV-də və ayrılıqda mətbuatın xüsusi komponenti kimi səciyyələnən siyasi mətbuatda xeyli ziddiyyətlərdən, bir-birinə qarşı çevrilən məlumat və materiallardan ibarət olur. KİV dövlətin коmmunikativ tələbatını nəinki təmin edir, eləcə də demokratik ideyaların həyata keçirilməsini praktiki cəhətdən reallaşdırır.(Пугачев В.П., Соловьев» А.И. Введение в политологию. М, 1995, səh.26)

Heydər Əliyevin mətbuat konfransları, kütləvi informasiya vasitələrinə, eləcə də mətbuata verdiyi müsahibələr və digər tədbirlər birmənalı olaraq hakimiyyətin КİV ilə qarşılıqlı səmərəli əlaqələrinin yaranmasına xidmət etmişdir. Siyasi mətbuatda Heydər Əliyev mərhələsinin səciyyəvi və əhəmiyyətli məqamlarından biri məhz hakimiyyətlə mətbuatın qarşılıqlı münasibətinin genişlənməsidir.

Dissertasiyanın 2-ci fəsli «Azərbaycanın müstəqilliyi milli-siyasi dəyərlərin başlıca meyarıdır» adlanır. Bu fəslin «Demokratik müstəqil dovlətin yaradılmasında Heydər Əliyevin rolu» adlanan 1-ci paraqrafı Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin əhəmiyyətinin araşdırılmasına həsr edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisi iclasındakı tarixi xarakterli çıxışında Heydər Əliyev demişdir: «Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq. Müstəqilliyi və suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır, ərazi bütövlüyü təmin olunmalıdır .»( «Azərbaycan» qəzeti, 16 iyun 1993-cü il)

О belə bir fıkri xüsusi olaraq vurğulamışdır ki, dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat və mətbuat azadlığı bərqərar olunmalıdır.

Heydər Əliyev bütün xalqı vətəndaş birliyinə, birləşməyə, Azərbaycanın işğal olumuş ərazilərini geri qaytarmağa, ölkəni ağır, böhran vəziyyətindən çıxarılmağa çağırmışdır.

Həmin çıxış qüdrətli müstəqil Azərbaycan dövlətinin yaradılmasına təkan verdi.

Heydər Əliyevi siyasi lider kimi səciyyələndirən bütün keyfiyyətləri təhlil edərək və ümumiləşdirərək ona xas olan iki başlıca cəhəti qeyd etmək olar: birinci, onun fəlsəfi tarixi və siyasi konsepsiyalarla mənalanan görüşlər sistemi milli-ideoloji dəyərlərlə cilalanan təfəkkür tərzi, ikincisi isə, insanları öz ardınca aparmaq, təşkilatçılıq qabiliyyəti, dərin praktiki əhəmiyyət kəsb edən təklif və tövsiyələr işləyib hazırlamaq, uzaqgörənlik qabiliyyəti. Akademik Ramiz Mehdiyevin dediyi kimi, «tarixi şəxsiyyət kimi Heydər Əliyev Azərbaycanın dövlət quruculuğunda, müstəqil inkişafının fundamental bazası olan əzəli və ədəbi dəyərlərin daşıyıcısı və yaradıcısıdır»(Mehdiyev R. Tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı, AMEA nəşriyyatı, 2001, səh. 44).

Heydər Əliyevin rəhbərliyi sayəsində təzahür edən demokratik inkişaf prosesi qurulmaqda olan müstəqil Azərbaycan dövlətinin gələcək simasına və siyasi varlığına xidmət etdi. Nəticə etibarilə tədricən vətəndaş cəmiyyəti cəmiyyətimizə nüfuz etdi.

Azad müstəqil mətbuatı, siyasi plüralizmi qərarlaşdıran vətəndaş cəmiyyəti demokratik müstəqil dövlətin ən mühüm tərəfidir. Vətəndaş cəmiyyətinin inkişaf dərəcəsi demokratiyanın inkişaf səviyyəsini ifadə edir. Elə buna görə Heydər Əliyev cəmiyyətimizdə demokratik dəyərlərin və prinsiplərin bərqərar olmasına böyük əhəmiyyət verirdi, bunu həm də qüdrətli müstəqil dövlətin formalaşmasının meyarlarından biri kimi mənalandırırdı. О bildirirdi ki, vətəndaş cəmiyyətinin təşəkkülü cəmiyyətin mütərəqqi qüvvələrinin uzunmüddətli mübarizəsində əldə olunmuş məqsədyönlü dəyişikliklərin nümunəsidir.

Tədqiqat işində belə bir qənaətə gəlinir ki, müasir şəraitdə dövlətin inkişafında çoxsaylı meyillər təzahür edir. İqtisadi və siyasi həyatın inteqrasiyası, xüsusi ideologiyaya malik olmaq və s. bu qəbildəndir. Lakin müstəqilliyini yenicə elan etmiş ölkə üçün ilk öncə cəmiyyətin əsil birliyinin təminatçısı kimi mövcud olan xüsusi ideologiyaya malik olmaq çox dəyərlidir. Əgər cəmiyyətin vahid şəkildə birləşdirilməsi ideyası mövcud deyilsə belə halda hər hansı dövlət öz inteqrasiya funksiyasını itirir. Nəticə etibarilə bu və ya digər dövlət cəmiyyətin ümumi mənafeyini ifadə etmək, müxtəlif sosial qrupların və təbəqələrin maraqlarını uzlaşdırmaq imkanından məhrum olur. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə məhz belə milli mənsubiyyət mövqeyindən çıxış etmişdir.

Ölkənin müstəqilliyi üçün daxildən və xaricdən təhlükə yarandığı məqamlarda dövlət başçımız əzmkar, qətiyyətli mövqe nümayiş etdirərək yaranmış təhlükələri qətiyyətlə aradan qaldırmağa nail oldu.

Bu paraqrafda həmçinin nəzərə çatdırılır ki, Heydər Əliyev KİV-in, xüsusilə mətbuatın xalqın, dövlətçiliyin mövqeyindən çıxış etməsini dəfələrlə yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, onun fəaliyyət dövründə mətbuat növlərinin sayı çoxalırdı. Ölkədə yaranmış dermokratiya hər bir vətəndaşa öz rəyini, fıkrini sərbəst ifadə etmək hüququ və imkanları verdi. Siyasi plüralizmin geniş inkişafı demokratik sivil cəmiyyət quruculuğunun vacib göstəricilərindən biri kimi dəyərləndirilməlidir.

Heydər Əliyevin dövlətçiliyimizi təkmilləşdirmək və möhkəmləndirmək səylərini, analitik siyasi təfəkkürə və zəngin siyasi təcrübəyə malik olmasını dünyanın böyük siyasətçiləri və dövlət başçıları dəfələrlə yüksək qiymətləndirmişlər:

Bill Klinton (ABŞ-ın keçmiş prezidenti) demişdir: Heydər Əliyev təkcə Azərbaycanı, Amerikanı yox, bütün dünyanı idarə etməyi bacaran bir siyasi xadimdir.

II fəslin 2-ci paraqrafı «Demokratik milli dəyərlərin təşəkkülünə və inkişafına siyasi partiyaların, siyasi məbuatın təsiri» adlanır. Bu paraqrafda göstərilir ki, demokratik proses çoxsaylı amillərlə şərtlənir. Həmin amillər sırasında siyasi təsisatlar, eləcə də siyasi partiyalar və siyasi mətbuat özünəməxsus əhəmiyyət kəsb edir. Demokratiya müəyyən səviyyədə məhz siyasi partiyalar sistemi vasitəsilə müəyyənləşir, özü də iki variantda: bir və çoxpartiyalılıqla. Belə partiya sistemi mahiyyət etibarilə demokratik hesab olunur.

Siyasi partiyalar müasir demokratik cəmiyyətin siyasi sisteminin ayrılmaz komponentidir.

Demokratik, sivil ölkələrin siyasi həyatını partiyalarsız təsəvvürə gətirmək çətindir.

Güclü sosial bazaya, milli mənafeyi və dəyərləri dərindən əks etdirən proqrama, mükəmməl təşkilati strukturla və nüfuzlu liderə malik olan Yeni Azərbaycan Partiyasının meydana gəlməsi ilə Azərbaycan Respublikasında çoxpartiyalı siyasi sistemin formalaşması prosesi əsasən başa çatdı.

Azərbaycan Respublikasında çoxpartiyalı sistemin yaranması XX əsrin əvvəllərinə təsadüf etsə də, bu tarixi ənənənin yenidən təzahürü əsasən Azərbaycanın ikinci dəfə öz müstəqilliyini əldə etməsi ilə əlaqədardır. Həmin dövrdən etibarən demokratik prinsiplərin genişlənməsi, siyasi plüralizmin təzahürü çoxpartiyalı sistemin təşəkkülü və inkişafı üçün etibarlı və əlverişli zəmin yaratdı.

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyinə qovuşandan sonra təkpartiyalıq sisteminə son qoyuldu. Obyektiv tarixi tələbatın ifadəsi olaraq yeni siyasi sistemin yaranması başladı.

Hazırkı şəraitdə KİV-in, xüsusilə siyasi mətbuatın insanların siyasi görüş dairəsinə və fəaliyyətinə bilavasitə təsiri məhz onunla şərtlənir ki, «hakimiyyətin dördüncü qolunun» müasir informasiya cəmiyyətində rolu getdikcə artır. Lakin bununla əlaqədar bəzi tədqiqatçıların KİV-in getdikcə yüksələn roluna münasibəti birmənalı nəzərə çarpmır, bu istiqamətdə mübahisələr çoxalır. Belə ki, müəlliflərin müəyyən qismi televiziya, radio və mətbuatın rolunun durmadan artmasını yeni, daha yüksək və humanist sivilizasiyanın təşəkkülü ilə əsaslandırmağa cəhd edirlər. Bu fikri, xüsusilə, O.Toffler əsaslandırmağa çalışır. Əksinə, bəzi tədqiqatçılar və mədəniyyətşünaslar belə qənaətə gəlirlər ki, KİV mədəniyyətə, insanlara çox neqativ-dağıdıcı təsir göstərir. Tarixi təcrübə dönə-dönə təsdiqləyir ki, KİV, eləcə də mətbuat sosial sistemə, cəmiyyətin bütün sferalarına, insanlara iki başlıca səviyyədə təsir göstərir: əvvəla, insanların siyasi cəhətdən savadlanmasına, insanın şəxsiyyət kimi formalaşmasına, cəmiyyət üzvlərinin azadlıq, sosial rifah və sosial ədalət uğrunda mübarizəsinə yardım göstərir, ikincisi isə inam hissinin itirilməsi, yalan məlumatlandırma, kütləvi nifrət hissi oyatmaq və digər neqativ cəhətlərin yayılmasına istiqamətlənir.

Siyasi mətbuatın təsiri altında bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da təfəkkürün demokratikləşməsi prosesi getdikcə güclənir, xalqın hayatının və tarixinin keçmişi, bu günü, sabahı haqqında reallıqlar mətbuat səhifələrində obyektiv zəmində və demokratik əsaslarla mənalandırılır.

Fikir və düşüncələrdə fəallıq, mütərəqqi milli-mənəvi həyat tərzi vərdişlərini geniş şəkildə açıqlamaq, fəal vətəndaşlıq mövqeyinin meyarlarını təbliğ etmək məhz mətbuatda siyasi təfəkkür mədəniyyətinin və mənəviyyatının formalaşması sayəsində mümkündür.

Dissertasiyanın III fəsli «Siyasi plüralizmin təşəkkülündə siyasi liderin rolu» adlanır. Bu fəslin «Plüralist siyasi informasiyanın reallaşmasına Heydər Əliyevin töhfəsi» adlanan paraqrafında «siyasi kommunikasiya» və «siyasi informasiya» anlayışları açıqlanır və bununla bağlı qeyd olunur ki, kommunikasiyasız siyasi partiyaların və hərəkətlərin, siyasi sistemin, siyasi təsisatların, təşkilatların və s. təşkili mümkün deyildir» eləcə də cəmiyyətin siyasi sferasının mövcudluğu qeyri-mümkündür. Kommunikasiya cəmiyyətin siyasi həyatının bütün tərəflərinə nüfuz edir.

Azərbaycanın müasir siyasi həyatı göstərir ki, plüralist siyasi informasiya səsvermənin nəticələrinə bilavasitə təsir göstərir. Heydər Əliyevin fəaliyyəti ilə şərtlənən siyasi informasiya öz təsirini məhz bələdiyyə orqanlarına və Milli Məclisə demokratik seçkilərin nəticələrində aydın göstərdi. Aydındır ki, siyasi informasiyanın seçkilərə təsiri yalnız seçkiqabağı kampaniya dövrü ilə məhdudlaşmır, eləcə də əhalidə daim siyasi reallıq haqqında az-çox müəyyən təsəvvürlər sistemi formalaşdırılması yolu ilə də həyata keçirilir.

Memarı Heydər Əliyev olan Azərbaycan Respublikasının ilk Konstitusiyası plüralist siyasi informasiyanın təzahürü və zənginləşməsinə təkan verdi. Siyasi plüralizm ictimai-siyasi həyatımızın bütün sahələrinə nüfuz etdi.

Siyasi informasiya bir tərəfdən cəmiyyətin intellektuallaşmasında əhəmiyyətli rol oynayır, digər tərəfdən isə yeni informasiya texnologiyalarının dövlət idarəçiliyində tətbiqi ölkədə siyasi və iqtisadi sabitliyin möhkəmlənməsinə, dövlət idarəetmə strukturlarında səmərəliliyin yüksəlməsinə böyük təsir göstərir. Bu isə milli strategiyamızın qəbul olunub həyata keçirilməsi imkanlarını əhəmiyyətli dərəcədə təmin edir.

Əslində, Heydər Əliyev kütləvi informasiya vasitələri ilə hakimiyyət strukturlarının qarşılıqlı əlaqəsi kimi vacib məsələni bütün hallarda gündəmə gətirir, konkret siyasi mühitdə onların vəhdətini ölkənin ictimai sabitliyinə, dövlət quruculuğunun, xüsusilə, dövlət təhlükəsizliyinin qorunmasına yönəldirdi.

III fəslin 2-ci paraqrafı «Heydər Əliyev və KİV-də plüralist demokratiyanın formalaşması» adlanır. Bu paraqrafda göstərilir ki, plüralist demokratiya konsepsiyası ümumi formada belə bir müddəadan çıxış edir ki, dövlət yalnız hakimiyyətin həyata keçirilməsində iştirak edən çoxlu təşkilatların, muxtar qruplarına və təbii ki, hakimiyyətin "dördüncü qolu" kimi səciyyələnən KİV-in mövcudluğu şəraitində mümkündür. "Plüralist demokratiya” nəzəriyyəsi əsasən, mövcud siyasi hakimiyyətin demokratik sistemini araşdırır. KİV-də təzahür edən plüralist demokratiya da məhz bu mövqedən çıxış etməlidir.

Siyasi sahədə isə plüralizm çoxsaylı partiyaların və siyasi təsisatların, müxtəlif ideya-siyasi istiqamətlərin, cərəyanların və s. mövcudluğu ilə üzə çıxır.

Kütləvi informasiya vasitələrində plüralist demokratiyanın təşəkkülünü şərtləndirən amillər çoxsaylıdır. Lakin bu prosesin reallaşmasına KİV-in funksional mahiyyəti daha əhəmiyyətli təsir göstərir. Başqa sözlə, KİV-in məzmununu ifadə edən funksiyaları plüralist demokratiyanın təşəkkülü və formalaşmasında mühüm rol oynayır. İndiki şəraitdə KİV demokratik mahiyyətli biliklərin və məlumatların yayılmasının başlıca daşıyıcısıdır. Heç də təsadüfi deyil ki, Heydər Əliyev Prezidentliyi dövründə demokratik KİV-in formalaşmasına xüsusi əhəmiyyət verirdi. Bununla bağlı, о bir tərəfdən kütləvi informasiya vasitələrində plüralist demokratiyanın təzahürünü reallığımızın zəruri amili kimi dəyərləndirir, digər tərəfdən onların funksiyalarının reallaşmasına, həyat həqiqətlərini düzgün, obyektiv əks etdirmələrinə xüsusi diqqət yetirirdi.

Demokratik, sivil cəmiyyət quruculuğu ilə səciyyələnən cəmiyyətlərdə, о cümlədən, Azərbaycan Respubükasında kütləvi informasiya vasitələrinin həyata keçirdikləri başlıca funksiyalar bunlardır: vətəndaşların məlumatlandırılması, təhsil, tərbiyə, siyasi sosiallaşma, nəzarət, inteqrasiya, səfərbəretmə.

Həmin funksiyalar bütövlükdə və qarşılıqlı əlaqə prosesində KİV-in demoкratikləşməsinə ciddi təsir göstərirlər. Əlbəttə, hakimiyyət səviyyəsində demokratik cəmiyyət quruculuğuna maraq göstərilməsi prinsip etibarilə KİV-in plüralist demokratiyanın daşıyıcısı kimi çıxış etməsinə real imkanlar yaradır. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövr ərzində KİV-in demokratik dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərməsini, həmin təbliğat vasitələrinin siyasi plüralizmin formalaşmasına səmərəli və məqsədyönlü təsirini ən vacib məsələlərdən biri hesab edirdi. Bu məsələ оnun keçirdiyi mətbuat konfranslarında, jurnalistlərlə söhbətində başlıca diqqət mərkəzində dururdu.

Respublikamızda plüralist demokratiyanın vüsətlənməsi baxımından Prezident Heydər Əliyev tərəfindən 6 avqust 1998-ci ildə imzalanan fərman böyük əhəmiyyət kəsb etmişdir. Fərmanda demokratik dövlət quruculuğu şəraitində, ictimai-siyasi, fəlsəfi fikirli, azad, müstəqil mətbuatın inkişaf etdirilməsi üçün KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Fərman sayəsində mətbuatdan, ümumiyyətlə, bütövlükdə kütləvi İnformasiya Vasitələri üzərindən senzura, nəzarət, hədə-qorxu götürüldü. Dövlətin mətbuata nəzarət mexanizmi ilə müdaxilə etmək hüququ aradan qalxdı. Bütün bunlar azad, müstəqil mətbuatın, Kütləvi İnformasiya Vasitələrinin fəaliyyət imkanlarının genişlənməsinə, siyasi plüralist kommunikasiya vasitələrinin milli dəyərlər ruhunda fəaliyyətinə Heydər Əliyevin əsil töhfəsi idi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra isə Heydər Əliyevin ictimai-siyasi və fəlsəfi baxışları, məruzə və çıxışları tövsiyələri Azərbaycan dövlətçıliyinin möhkəmlənməsinə, cəmiyyətimizin sivilləşməsinə, siyasi cəhətdən zənginləşməsinə daha geniş və əlverişli şərait yaratmışdır. Bütün bunlar KİV-in, xüsusilə siyasi mətbuatın daha geniş inkişafına, plüralist demokratiyanın hüdudlarının genişlənməsinə təkan verdi.

Bu fəslin «Keçid dövründə azərbaycanda demokratik matbuatın inkişaf xüsusiyyətləri» adlanan sonucu paraqrafında belə bir cəhət vurğulanır ki, keçid dövründə baş verən sosial, iqtisadi və siyasi dəyişikliklər demokratik mətbuatın bu və ya digər səviyyədə və dərəcədə inkişafına səbəb olur. İctimai həyatın müxtəlif sferalarında baş verən yeniliklər KİV-in və eləcə də mətbuatın sivil qaydalar zəminində formalaşması imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Keçid dövründə təzahür edən proseslərin təhlili və dərk edilməsi həmin prosesdə iştirak edənlərin şüurluluğu və sosial mövqeyi ilə bilavasitə bağlıdır. Təbii ki, bu prosesdə vətəndaşların mətbuatla, kommunikasiya vasitələri ilə qarşılıqlı münasibəti və əlaqəsi müəyyən problemlərin yaranmasını şərtləndirir.

Keçid mərhələsində həyata keçirilən siyasi və iqtisadi xarakterli islahatlar həyat şəraitini gərginləşdirsə də, bütövlükdə və nəticə etibarilə daha azad və müstəqil xarakterli düşüncə tərzinin və sosial münasibətlərin formalaşmasına zəmin yaradır.

Transformasiya şəraitində Azərbaycan dövlətinin siyasi simasını səciyyələndirən demokratiya mətbuatın fəaliyyətinin və mahiyyətinin tərkib hissəsi kimi çıxış edir.

Yeni təfəkkür tərzini səciyyələndirən siyasi şüur, bütöv universal hadisə kimi mənalanan demokratiya mənəvi dəyərlər sisteminə sivil mahiyyətli və sosial-siyasi təsiri ilə səciyyələnməklə milli şüurun formalaşmasında müstəsna rol oynayır.

Ölkəmizdə müsləqil demokratik və hüquqi dövlət quruculuğunun uğurlu prosesi ictimai həyatımızın bütün sahələrində olduğu kimi, mətbuatda və informasiya məkanında da demokratik prinsiplərin formalaşmasına real zəmin yaradır.

İnformasiya şəraitinda mətbuat cəmiyyətdə gedən siyasi proseslərin, aşkarlığın, fikir, söz azadlığının və eləcə də sosial mühitin zənginləşməsinin xüsusi ünsürü kimi nəzərə çarpır, özü də Azərbaycan xalqının milli maraqları çərçivəsində.

Cəmiyyətin ümumi inkişaf səviyyəsi ilə üst-üstə düşən və bununla şərtlənən siyasi mətbuatımızın aktual problemləri, real vəziyyəti, milli-mənəvi səviyyəsi Azərbaycan dövlətinin daxili siyasətinin ən vacib sosial məqamları ilə aydın surətdə səsləşir.

Prezident Heydər Əliyevin "Azərbaycanda Milli Mətbuatın yaradılmasının 125 illiyi haqqında" 27 mart 2000- ci il tarixli məşhur fərmanı transformasiya şəraitində nəinki milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, eyni zamanda ümumbəşəri dəyərlərin sintezinə, inteqrasiyasına qoşulmaqla mədəniyyətimizin, milli mətbuatımızın, milli mənlik şüurunun, - Azərbaycançılığın və milli mentalitetin formalaşmasında əhəmiyyətli rol oynadı.

Dissertayada qeyd edilir ki, hüquqi və demokratik dövlətin ən mühüm tərəfi sayılan vətəndaş cəmiyyətində müstəqil mətbuatın siyasi ideologiyası, mahiyyəti, səviyyəsi və vəzifələri ilk öncə siyasi milli şüurun formalaşması və Azərbaycançılıq ideologiyasının təbliğinə istiqamətlənməlidir. Siyasi mənafe ilə şəxsi mövqe həmişə obyektiv şəkildə əlaqələndirilməlidir. Şəxsi mövqe bütün xalqın, ölkənin siyasi mənafeyi ilə üst-üstə düşəndə hakimiyyət münasibətlərinin məzmununa da faydalı təsir göstərə bilər.

Milli-mənəvi dəyərlərin düzgün istiqamətləndirməsi dövlətin və dövlətçiliyin sarsılmaz meyarıdır.

Öz siyasi fəaliyyaliyyətinin intetlektual və mənəvi əsasını milli mənəvi dəyərlərimizlə səciyyələndirən Heydər Əliyev siyasi ideologiyada emosional məzmun kəsb edan simvollardan ən başlıcasını - soykökümüzə bağlı olmağımızı qətiyyətlə bildirirdi.

Hevdər Əliyevin siyasi ideologiyasında Azərbaycan dövlətinin, onun bu gününün, sabahının, gələcək ilərinin fundamental ictimai- siyasi mənafelərini bütün mahiyyəti ilə ifadə edən ideyaları siyasi mətbuatda geniş yayılırdı.

Əsasən demokratik qaynaqlar üzərində təşəkkül tapan milli ideologiyamız Azərbaycan dövlətinin siyasi siması, varlığı kimi inkişaf edərək insan, vicdan azadlığına, söz və sərbəst düşüncənin mətbuatda öz əksini tapmasına geniş şərait yaradır.

Azadlıq və demokratiya kimi ümumbəşəri dəyərlərdən bəhrələnən Azərbaycanın siyasi, müstəqil mətbuatında kütləvi ictimai-siyasi rəydə və kütləvi siyasi şüurda tez-tez siyasi varisliyin tarixi zərurəti mövzusu gündəmə gətirilirdi.

Bu təsadüfi deyildi. Ona görə ki, təkamül qanununun tərkib hissəsi sayılan və ən vacib elementlərindən biri kimi qəbul edilən sosial amillərdən biri məhz varislik prinsipi və ənənəsidir. Bu, bəzən müxalifət mətbuatında birmənalı qarşılanmasa da, xalqın əksəriyyəti reallıqla bağlı olan varisliyi dəstəkləyir, ictimai-siyasi qanunauyğunluq kimi dəyərləndirir.

Siyasi təfəkkürün getdikcə genişlənən dəyərli stereotipləri varislik ideyasında gələcək dövrün siyasətçi terminini mətbuatda obyektiv və operativ surətdə vurğulamağı həyati zərurətə çevirirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demokratik siyasi lider kimi vətəndaş cəmiyyətinin hüquqi ləyaqətinə və dövlətimizin Heydər Əliyev tərəfindən formalaşdırılan demokratik siyasi simasına, varlığına sədaqətini bir daha aydın şəkildə nümayiş etdirmişdir.

İlham Əliyev gənc siyasi lider kimi mövcud situasiyanın təhlilini və dəyərləndirilməsini nəzərdə tutaraq siyasi diaqnozun , ictimai məsələlərin uğurlu həllinə xidmət edən istiqamətlərin və ən başlıcası əlverişli və uğurlu proqramları dəqiqiəşdirib, demokratiyanın məqsədlərinin reallaşdırılması üçün siyasi səfərbərliyi möhkəmləndirməyə çağırır: «Demokratiya quruculuğu prosesini dayandırmaq mümkün deyildir».

Dissertasiya işinin əsas məzmunu müəllifin çap etdirdiyi aşağıdakı əsərlərdə öz əksini tapmışdır:

     1.Heydər Əliyev - mətbuat və mənəviyyat haqqında düşüncələr // Heydər Əliyevin zəngin siyasi, mənəvi irsi ümummilli sərvətimizdir. DİA-nın elmi konfransının tezisləri. Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2004, s. 166-173.

  1. Heydərşünaslıq elminə layiqli töhfə // «Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə». Elmi-nəzəri jurnal. Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2005, .№4(12), s. 143-150.

          3.Böhtan (Heydər Əliyev və Moskva mətbuatı) // «Dirçəliş XXI əsr» jurnalı. 2006, №104-105, s. 167-174.

  1. Heydər Əliyevin dövlətçilik fəaliyyət və Azərbaycanda siyasi mətbuatın inkişafı // «Elmi əsərlər». Elmi-nəzəri jurnal. AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Bakı, 2006, №3-4(6), s.138-145.
  2. Heydər Əliyev və mətbuat // XXI əsrdə Azərbaycan Respublikasının sosial, iqtisadi və siyasi inkişafının aktual problemləri. Bakı, «Ti-MEDİA» şirkətinin mətbəəsi, 2006, s.47-59.
  3. Azərbaycan Respublikasında siyasi mətbuatın formalaşmasında və inkişafında Heydər Əliyevin rolu // «Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə». Elmi-nəzəri jurnal. Bakı, 2007, №1(17), s.146-154.
  4. Azərbaycan Respublikasında siyasi mətbuatın inkişafında və formalaşmasında Heydər Əliyevin rolu (monoqrafiya). Bakı, «Nurlan» nəşriyyatı, 2007, 141s.
  5. Heydər Əliyevin həyatı insan məğlubedilməzliyinə inam dərsidir // DİA –nın elmi konfransının materialları. Bakı, 2007, səh.3-8.

     9 .Demokratiya Azərbaycan dövlətin siyasi simasıdır // «Ümummilli lider Heydər Əliyev ideyaları cəmiyyətimizin inkişafı üçün əbədi meyardır» adlı elmi konfransın materialları. Bakı, «Münəccim» nəşriyyatı, 2008, s.284.

http://files.preslib.az/projects/toplu/v2/f8_2.pdf