Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri zati-aliləri cənab Silvio Berluskoniyə başsağlığı məktubu - Bakı şəhəri, 9 oktyabr 2001-ci il

Hörmətli cənab sədr!

Milan şəhərinin hava limanında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.