Hindistan Respublikasının Prezidenti zati-aliləri cənab Avul Pakir Caynulabdin Əbdül Kalama - Bakı şəhəri, 12 avqust 2002-ci il

Hörmətli cənab prezident!

Hindistan Respublikasınınmilli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Xalqlarımızın bir-birinə bəslədiyi rəğbət və dostluq hisslərini yüksək qiymətləndirirəm. Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı hərtərəfli əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


\"Azərbaycan\" qəzeti, 15 avqust 2002-ci il.