\"LUKoyl\" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Vahid Yusifoviç Ələkbərov cənablarına - Bakı, 30 avqust 1996-cı il

Hörmətli Vahid Yusifoviç!

\"LUKoyl\" şirkətinin yaradılmasının beş illiyi ilə əlaqədar sizi və şirkətin bütün kollektivini yubiley münasibətilə ürəkdən təbrik edirəm.

Öz fəaliyyətinin qısa müddəti ərzində \"LUKoyl\" şirkəti dünya neft sənayesinin tanınmış liderlərindən biri olmuş, özünü etibarlı və sədaqətli tərəfdaş kimi göstərmişdir.

Xəzər dənizinin Azərbaycan sektorundakı neft ehtiyatlarının birgə işlənməsində şirkətin geniş iştirakı Rusiya-Azərbaycan uğurlu işgüzar əməkdaşlığına nümunəvi misaldır.

Sizə və \"LUKoyl\" şirkətinin bütün kollektivinə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.