Hörmətli cənab Prezident!
Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Maldiv xalqını səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Maldiv arasındakı təşəkkül tapmaqda olan dostluq münasibətlərinin inkişafı xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.