Azərbaycan Prezidenti Heydər Əliyevin Ermənistan Prezidenti Robert Köçəryan ilə təkbətək görüşündən sonra bəyanatı - Kişinyov, 6 oktyabr 2002-ci il

Hörmətli xanımlar və cənablar!

Biz, Ermənistan və Azərbaycan prezidentləri birinci dəfə deyil ki, görüşürük. Bəzi adamlar soruşurlar ki, biz neçə dəfə görüşmüşük, nə üçün bunun bir nəticəsi yoxdur. Bəli, biz dəfələrlə görüşmüşük və hesab edirəm ki, bu görüşlər lazımdır. Bugünkü görüşümüz də bu fikri təsdiqləyir. Məlumdur ki, münaqişə uzanmışdır, çətin, mürəkkəbdir, onu birdən-birə həll etmək mümkün deyildir. Lakin hər halda, bu görüşlər bizə müxtəlif, mümkün olan hansısa məqamları müzakirə etməyə və irəliləməyə imkan verir.

Bəli, indi mən sizə, həqiqətən, artıq bir şey deyə bilmirəm, ancaq bununla yanaşı, görüşdən məmnunam və hesab edirəm ki, bu görüşlər davam etməlidir. Biz Minsk qrupunun həmsədrləri ilə görüşəcək və onları məlumatlandıracaq, onlarla danışacağıq. Ümidvaram ki, hər halda, biz addımbaaddım bu məsələnin həllinə gəlib çıxmalıyıq. Lakin bu çox çətindir, asan deyildir.