Hörmətli cənab prezident!
Sizi və bütün Ekvador xalqını milli bayram - Müstəqillik günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edib şəxsən Sizə və Ekvador xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.
\"Azərbaycan\" qəzeti, 13 avqust 1993-cü il.