Hörmətli cənab prezident!
Serbiyanın baş naziri Zoran Cinciçin qətlə yetirilməsi xəbəri məni ürəkdən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 14 mart 2003-cü il.