Hörmətli cənab baş nazir!
Məni lütfən hökumətinizin qonağı kimi Böyük Britaniyaya rəsmi səfərə dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm. Şadam ki, Sizinlə və hökumətinizin üzvləri ilə şəxsən görüşmək və ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək imkanına malik olacağam. Böyük Britaniya kimi, Azərbaycan Respublikası da ölkələrimiz arasında hərtərəfli dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etməsini istəyir.
Mən də Sizi münasib bildiyiniz vaxtda Azərbaycan Respublikasının qonağı kimi rəsmi səfərə dəvət edirəm.
Hörmətlə,