Hörmətli cənab Devid Vudvord!
Ölkəmizin Avropa Şurasına üzv qəbul olunması münasibətilə səmimi təbrikinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin bütün əməkdaşlarına möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.