Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in İstanbul Zirvə görüşündə nitqi (18 noyabr 1999-cu il) sənədinə tarixi arayış

Heydər Əliyev 1999-cu il noyabrın 18-19-da Türkiyənin İstanbul şəhərində ATƏT-in zirvə görüşündə iştirak edib. Bu görüşdə mühüm sənədlər - Avropa Təhlükəsizliyi Xartiyası, İstanbul Zirvə görüşünün bəyannaməsi, etimad və təhlükəsizlik tədbirləri haqqında Vyana sənədi və Avropada adi silahlı qüvvələr haqqında müqavilə imzalanıb. İstanbul zirvə toplantısında da Azərbaycan öz ədalətli mövqeyini dünyaya bəyan etmək üçün mühüm addımlar atıb. İstanbul bəyannaməsinin 20 və 21-ci maddələri tamamilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub və burada sülh prosesinin davam etdirilməsinin zəruriliyi qəti şəkildə bildirilib.