Hörmətli Nursultan Abişeviç!
Sizi әlamәtdar yubiley - doğum gününüzün 60 illiyi münasibәtilә ürәkdәn tәbrik edirәm.
Siz qazax xalqına mürәkkәb tarixi dövrdə başçılıq edirsiniz. Suveren Qazaxıstanın ilk prezidenti kimi, Siz öz düşünülmüş vә uzaqgörәn siyasәtinizlə ölkənizi müstәqillik, demokratiya və iqtisadi dəyişiklər yolu ilə inamla irәli aparırsınız.
Qardaş qazax xalqının tərəqqisi və firavanlığı uğrunda yorulmadan fəaliyyət göstərməyiniz Sizə yüksək nüfuz və һörmәt qazandırmışdır.
Xalqlarımız və dövlətlərimiz arasında dostluq, әmәkdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilib möhkəmləndirilməsinə Siz sanballı töhfələr verirsiniz.
Әminəm ki, qlobal əhəmiyyətli regional layihələrin həyata keçirilməsi sahəsində birgə səylərimiz regionda sülһ və sabitlik işinə, ölkәlәrimiz arasında әmәkdaşlığın daһa da genişlәnmәsinә vә dәrinləşməsinә xidmәt edәcәkdir.
Mәn qarşılıqlı һörmәt, etimad və səmimiyyət duyğularına әsaslanan şәxsi münasibətlәrimizi yüksək qiymәtlәndirirəm.Əziz Nursultan Abişeviç, Sizә möһkәm cansağlığı, sәadәt vә qardaş Qazaxıstanın daһa da çiçәklәnmәsi naminә dövlәti fәaliyyәtinizdә uğurlar arzulayıram.
Dәrin һörmәtlә,
Heydәr Әliyev,
Azәrbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 6 iyul 2000-ci il.