BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton-Vuds beynəlxalq maliyyə konfransında yaradılıb. Mənzil -qərargahı Vaşınqtonda yerləşir. İnkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafına yardım edir. Təşkilat öz fəaliyyətində məsləhətverici, maliyyələşdirici və nəzarətedici funksiyaları yerinə yetirir. Səhmdar cəmiyyət formasında yaradılan qurum öz sıralarında 200-ə yaxın dövləti birləşdirir və bu dövlətlər həm də Beynəlxalq Valyuta Fondunun üzvləridir. Azərbaycan Respublikası 1992-ci ildən Dünya Bankının üzvüdür.