Ülyahəzrət!
Həyat yoldaşınız şahzadə Klausun vəfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Niderland xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti