Hörmətli cənab Prezident!
Keniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Keniya xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Az.rbaycan ilə Keniya arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti