Hörmətli cənab Prezident!
Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və dost Syerra-Leone xalqını salamlayır və ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh və tərəqqi arzulayıram.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Syerra-Leone Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edib genişlənərək xalqlarımızın rifahının yüksəlməsinə, ölkələrimizin çiçəklənməsinə xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti