Hörmətli Baş nazir!
İtaliya Respublikasının milli bayramı–Respublika elan edilməsi günü münasibətilə Sizi və ölkənizin xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə firavanlıq və tərəqqi arzulayıram.
Əminəm ki, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri genişlənərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 2 iyun 2000-ci il.