Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının Federal kansleri zati-aliləri cənab Helmut Kola başsağlığı məktubu - Bakı şəhəri, 4 iyun 1998-ci il

Zati-aliləri, Almaniyada baş vermiş faciəli hadisə - dəmir yol qəzası nəticəsində çoxlu insanın həlak olması və yaralanması xəbərini eşidib dərindən sarsıldım. Bu münasibətlə Sizə və bütün Almaniya xalqına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.