Suаl: Siz Dağlıq Qarabağın müstəqilliyinin geniş statusundan tez-tez danışırsınız. Bu, nə kimi statusdur və onun tərifini hansı siyasi sənədlərdə tapmaq olar?
Сavab: Bəli, mən dəfələrlə demişəm ki, Azərbaycan Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin ən yüksək statusunu verməyə hazırdır. Mən hazırda beynəlxalq praktikada mövcud olan ən yüksək statusu nəzərdə tuturam. Bu gün mən bunu bir daha təsdiq edirəm.