Hörmətli cənab prezident!
Qana Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Qana xalqını təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında yaranmış dostluq münasibətlərinin inkişafı xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qana xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 6 mart 2002-ci il