Hörmətli cənab Baş nazir!
Milli bayramınız – Avstraliya günü münasibətilə Sizi və dost Avstraliya xalqını təbrik edirəm.
Əminəm ki, qarşılıqlı əlaqələrimiz xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.