Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çexiya Respublikasının Prezidenti zati-aliləri cənab Vatslav Havelə təbriki - Bakı şəhəri, 23 oktyabr 2001-ci il

Hörmətli cənab Prezident!

Çexiya Respublikasının milli bayram günü münasibətilə Sizi və dost çex xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim genişlənib inkişaf edərək xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.