Burkina Fasonun Prezidenti zati-aliləri cənab Bleyz Kompaoreyə -Bakı şəhəri, 10 dekabr 1999-cu il

Hörmətli cənab prezident,

Burkina Fasonun milli bayramı – Xalq İnqilabı Günü münasibətilə Sizi və ölkənizin dost xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Burkina Faso arasında dostluq və əməkdaşlıq əlaqələri ölkələrimizin mənafeyi naminə genişlənib möhkəmlənəcəkdir.

Hörmətlə,

HEYDƏR ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.