Gürcüstan Prezidenti Zati-Aliləri Cənab Eduard Şevardnadzeyə - 23 may 1999-cu il

Hörmətli Eduard Amvrosiyeviç!

Sizi və bütün qardaş gürcü xalqını milli bayram-Gürcüstanın dövlət müstəqilliyinin bərpa olunması günü münasibətilə ürəkdən təbrik edirəm.

Ölkələrimiz və xalqlarımız arasındakı çoxəsrlik dostluq, qarşılıqlı dəstək, əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Çox məmnunam ki, Gürcüstan və Azərbaycan dövlət suverenliyi qazandıqdan sonra bu ənənələr inkişaf edir və möhkəmlənir, keçid dövrünün çətinliklərini birlikdə aradan qaldırmaqda bizə kömək edir.

Əziz Eduard Amvrosiyeviç, Sizə, müstəqil Gürcüstanın bütün vətəndaşlarına milli istəklərinizin həyata keçirilməsini, sülh və tərəqqi arzulayıram.


Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının prezidenti

"Azərbaycan" qəzeti, 27 may 1999-cu il