Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın \"Hallibortn\" korporasiyasının prezidenti Riçard Çeyni ilə görüşdə söhbətindən. Vaşinqton - \"Bleyer haus\" iqamətgahı, 30 iyul 1997-ci il

Hörmətli cənab Çeyni!

Ölkəmiz, xalqımız barədə, şəxsən mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırıram ki, prezident Bill Klintonun dəvəti ilə ABŞ-a rəsmi görüşə gəlməkdən məmnunam və bu səfərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da sıxlaşdırılmasında böyük əhəmiyyət daşıdığını bildirirəm. Mənim fikrimcə, bu əlaqələrin möhkəmləndirilməsi hər iki ölkənin xalqlarının rifahının, münasibətlərinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Respublikamızın iqtisadiyyatının potensialı çox böyükdür və amerikalı iş adamlarının təkcə neft və qaz sahəsində deyil, digər sahələrdə də fəaliyyət göstərmələri üçün geniş imkanlar vardır. Nəzərə çarpdırıram ki, Azərbaycan-Amerika əməkdaşlığının bütün sahələrdə yeni mərhələyə qaldırılması vacibdir. Əminəm ki, Siz ABŞ-ın nüfuzlu korporasiyalarından birinin prezidenti, Azərbaycan-Amerika Ticarət Palatasının fəxri məsləhətçisi kimi ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın sıxlaşmasında öz fəaliyyətinizi daha da genişləndirəcəksiniz. Sağ olun.

Mən Sizi Azərbaycana səfərə dəvət edirəm.

\"Azərbaycan\" qəzeti, 4 avqust 1997-ci il