Mənim bu səfərim Füzulinin 500 illiyi ilə əlaqədardır. Məhz yubileylə. Lakin Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasındakı dostluq əlaqələri elə sıxdır ki, səfərimiz Füzulinin yubiley şənlikləri ilə məhdudlaşmayacaq. Orada dövlət, hökumət başçıları ilə, ictimaiyyətlə görüşlərim olacaqdır. Ona görə də bu imkan eyni zamanda Azərbaycanla Türkiyə Cümhuriyyəti arasında əlaqələrin daha da inkişaf etməsi üçün yeni bir addım olacaqdır. Mən bunu çox əhəmiyyətli, səmərəli sayıram və belə düşünürəm ki, bu səfərdən həm Türkiyə Cümhuriyyəti, həm də Azərbaycan Respublikası tərəfindən istifadə ediləcəkdir.