Məhəmmədəli Məhəmmədov, Dağıstan dövlət şurasının sədri (1994-2006)

Dağıstanlılar bir neçə il əvvəl, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycanda mövcud olmuş vəziyyəti xatırlayırlar. Azərbaycan xalqını yalnız Heydər Əliyevin şəxsiyyəti, nüfuzu, siyasi iradəsi sıx birləşdirdi. İndi böyük perspektivləri olan güclü bir dövlət kimi Azərbaycan tərəqqi yolu ilə irəliləyir. Azərbaycan xalqı buna görə ən əvvəl Heydər  Əliyeviç Əliyevə minnətdardır. 

Hörmətli Heydər Əliyeviçi Dağıstanda nəinki görkəmi siyasətçi kimi, həm də digər xalqların, o cümlədən etnik dağıstanlıların problemlərini və dərd - sərini başa düşən bir insan kimi sevirlər. Biz Heydər Əliyeviçə həm də ona görə hörmət edirik ki, görkəmli dövlət xadimi kimi o, Rusiya Federasiyası subyektlərinin ölkəmizdə, Rusiyanın tərkibində yerini başa düşür, Rusiyanın tərkibində Dağıstan xalqının iradəsini qiymətləndirir. Buna görə də Dağıstan xalqı ona dərin məhəbbət, böyük hörmət və səmimi ehtiram bəsləyir. Rusiya Federasiyası ilə qardaşlıq, dövlət əlaqələrini daha da inkişaf etdirmək üçün Heydər Əliyeviçin apardığı siyasət Azərbaycan və Dağıstan xalqları arasında dostluğun daha da möhkəmlənməsinə təkan verir. Nəzərə çarpdırmaq istəyirəm ki, Azərbaycan cəmiyyətinin siyasi inkişafı, sosial - iqtisadi və mənəvi tərəqqisi işinə Heydər Əliyeviç Əliyevin vermiş olduğu və indi də verdiyi şəxsi töhfə onu böyük siyasətçiyə çevirir. 

Heç bir mətn olmadan, saat yarım ayaq üstə durub danışmağı və bir dəfə də təkrara yol verməməyi yalnız görünməmiş fiziki və mənəvi keyfiyyətlərə malik olan insan bacara bilər. Sizin rəhbərliyinizlə Azərbaycan xalqının qazandığı bütün şanlı nailiyyətlər göz qabağındadır. Hər hansı miqyaslı siyasi xadimin nə qədər böyük xidmətləri olsa da, o, öz xalqı qarşısında həmişə borcludur. Amma mənə elə gəlir ki, bunu Sizin barənizdə demək olmaz. 

Heydər Əliyeviç, biz, qonşularınız olan dağıstanlılar Sizin respublikaya rəhbərliyə necə bir qarmaqarışıq vaxtda gəldiyinizi və Azərbaycan xalqının ədalətli işinə necə bir mürəkkəb vəziyyətdə başçılıq etdiyinizi yaxşı bilirik. Siz ölkəni hərc - mərclik vəziyyətindən çıxardığınız, xalqınıza başçılıq edərək, onun lideri olaraq onu birləşdirdiniz və ruhlandırdınız. 

Heydər Əliyeviç Əliyev həm öz sırf şəxsi, insani keyfiyyətlərinə görə, həm də özünün bənzərsiz siyasi yoluna görə nadir, bir çox cəhətdən təkrarolunmaz şəxsiyyətdir. Dağıstan xalqlarının həyatına və ənənələrinə bələd olması ilə Heydər Əliyev hər bir dağıstanlının məhəbbət və ehtiramını qazanmışdır. 

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.119.