Sinqapur Respublikasının prezidenti zati-aliləri cənab Vi Kim Viyə - Bakı şəhəri, 10 avqust 1993-cü il

Hörmətli cənab prezident!

Sinqapur Respublikasının milli bayramı - Milli İnqilab günü münasibətilə Sizi və bütün Sinqapur xalqını səmimi-qəlbdən təbrik edirəm. Fürsətdən istifadə edərək bütün Sinqapur xalqına çiçəklənmə, sülh və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.

\"Azərbaycan\" qəzeti, 13 avqust 1993-cü il.