Hörmətli cənab Baş nazir!
Yaponiyanın milli bayramı - İmperatorun təvəllüdü günü münasibətilə Sizi və dost Yaponiya xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Yaponiya arasındakı möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin inkişafı daim ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.