Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın Ticarət Naziri Uilyam Deyli ilə görüşdəki söhbətindən - Vaşinqton, 27 aprel 1999-cu il


Uilyam Deyli: Hörmətli cənab prezident, Sizi səmimi-qəlbdən salamlayıram və hər dəfə sizinlə görüşlərimdən çox məmnun qaldığımı bildirirəm. Enerji daşıyıcıları sahəsindəki əməkdaşlığı, neft müqavilələrinin həyata keçirilməsindəki uğurları razılıq hissi ilə bildirərək hesab edirəm ki, başqa məsələlərdə də ABŞ-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirir və dövlətimizin Azərbaycan ilə bütün sahələrdə əlaqələri genişləndirməyə hazır olduğunu bildirirəm.

Cey Qlye: Cənab prezident, ABŞ-ın energetika naziri Bill Riçardsonun salamlarını Sizə çatdırır, iki ölkə arasındakı əməkdaşlığın inkişafında xidmətlərinizə görə minnətdarlığımı bildirir və qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da genişləndirilməsi lüzumunu nəzərə çarpdırıram.

Heydər Əliyev: Cənab Uilyam Deyli, səmimi və mehriban görüşə görə Sizə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, ABŞ ilə Azərbaycan arasındakı əməkdaşlıq getdikcə daha da genişlənir və yeni-yeni sahələri əhatə edir. ABŞ-ın iri şirkətlərinin Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirirəm. Bu sahədə respublikamız ilə birgə iş aparan şirkətlərin sayının dönmədən artmasından və iki ölkə arasında əmtəə dövriyyəsi həcminin ardıcıl surətdə genişlənməsindən razılığımı bildirirəm. ABŞ-Azərbaycan münasibətlərinin və əməkdaşlığının daha da genişləndirilməsinə mane olan 907-ci düzəlişin ləğv edilməsi zəruriliyini, bu maddənin Azərbaycana qarşı ədalətsizlik olduğunu görüş iştirakçılarının nəzərinə çarpdırıram və Sizi həmin sənədin tezliklə ləğvi üçün səylərinizi artırmağa çağırıram.

Yan Kalitski: Cənab prezident, Sizinlə görüşlərimi böyük məmnuniyyətlə xatırlayıram. Siz ABŞ -Azərbaycan əməkdaşlığının inkişafı, Azərbaycanın enerji ehtiyatlarının istehsalı, nəqli və dünya bazarlarına çıxarılması işinin təşkilində böyük xidmətlər göstərmisiniz. Bu xidmətlərə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Mən ölkələrimiz və xalqlarımız arasında faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə və dərinləşəcəyinə ümidvaram.