Azərbaycanın xalq artisti Vasif Adıgözəlova - 3 noyabr 1995-ci il


Hörmətli bəstəkar!

Sizi - Azərbaycan musiqi mədəniyyətində xüsusi xidmətləri olan sənətkarımızı 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Xalq mahnılarımızın, muğamlarımızın ruhundan qida alan, ilhamla yaratdığmız musiqinizdə həmişə zamanın nəbzi duyulmuşdur. Xalqımızın zəngin musiqi xəzinəsindən bəhrələnən müxtəlif janrlı əsərləriniz insanda mənəvi qüdrət və gələcəyə inam yaradır.

Böyük musiqiçilər nəslinin nümayəndəsi kimi siz pedaqoji və ictimai fəaliyyətinizdə gənc nəslin tərbiyəsinə, doğma xalqımızın qədim mədəniyyətinin, musiqi incilərinin bütün dünyada tanınıb şöhrətlənməsinə xidmət edirsiniz.

İnanıram ki, siz mədəniyyətimizin gələcəyi naminə bundan sonra da bizi yeni sənət nümunələrinizlə sevindirəcəksiniz. Sizə bu yolda yaradıcılıq uğurları diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT