Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçin iştirakı ilə konsertdən sonra maestro ilə görüşdə söhbəti - Respublika sarayı, 9 oktyabr 2000-ci il


Heydər Əliyev: Mən salonda əyləşib dinləyirdim və düşünürdüm ki, bu, hər hansı dəmirçinin zəhmətindən ağır zəhmətdir, hər hansı poladəridənin zəhmətindən ağır zəhmətdir, hər hansı bənnanın zəhmətindən, ən çətin fiziki işdən ağır zəhmətdir. Mən görürəm, ancaq siz bütün bunları böyük coşğunluqla, çox şövqlə və qüvvə ilə edirdiniz. Özü də siz konserti necə başladınızsa, o cür də tamamladınız. Mən cüzi də olsa, zəifləmə hiss etmədim. Bir sözlə, mən sizi təbrik edirəm.

Mstislav Rostropoviç: Elə Siz də prezidentliyinizin əvvəlindən bu günə qədər beləsiniz. Bizim hamımız belə olmalıyıq.

Heydər Əliyev: Mən sizi təbrik etmək istəyirəm. Sizə təşəkkür etmək istəyirəm, ona görə ki, hər bir gəlişinizlə və görüşlərinizlə, keçdiyiniz ustad dərsləri ilə, nəhayət, şübhəsiz ki, konsertlə xalqımızın, Azərbaycanın mənəvi, mədəni həyatını zənginləşdirirsiniz. Bizim xalqımızın, sizin vətəninizin həyatını zənginləşdirirsiniz. Açığını deyəcəyəm, siz buraya gəlməyə başlayan vaxtdan bəri çox şey dəyişmişdir. Baxın, orkestr necə də dəyişmişdir. Biz ona nə qədər qayğı göstərsək də - əmək haqqını qaldırdıq, geyim tikdirdik, alətlər aldıq - bunlar hələ hər şey demək deyildir. Başlıcası odur ki, siz hər dəfə gəlişinizlə orkestrin səviyyəsini qaldırırsınız, qaldırırsınız...

Mstislav Postropoviç: Bura yeganə ölkədir ki, mən hər il gəlirəm və ustad dərsləri keçirəm.

Heydər Əliyev: Bu bizim üçün fəxrdir, sevincdir. Ona görə də sizə xüsusi minnətdarlıq edirik. Mən çox böyük zövq aldım. Birinci hissədə siz violonçeldə ifa edəndə də və sonra - Çaykovskinin əsəri səsləndiriləndə də. Mən belə başa düşdüm ki, bu, Çaykovskinin ən mürəkkəb əsərlərindən biridir. Bir sözlə, incəsənət xadimlərimizə və bizə - sıravi dinləyicilərə böyük sevinc bəxş etdiniz.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT