Xalq rəssamı Maral Xanım Rəhmanzadəyə - 22 iyul 1996-cı il


Hörmətli Maral xanım!

Sizi - Azərbaycanın ilk professional qadın rəssamını, təsviri incəsənətimizin görkəmli nümayəndəsini anadan olmağınızırı 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Xalqımız sizi bütün həyatını respublikamızda rəngkarlıq və qrafika sənətinin inkişafına həsr etmiş fədakar incəsənət xadimi kimi tanıyır. Uzun illər ərzində gərgin zəhmətinizin məhsulu olan, Azərbaycan xalqının həyatını özündə əks etdirən dolğun əsərləriniz sizə şöhrət gətirmişdir.

Sizin Laçın və Naxçıvanın, Lənkəran və Qubanın gözəlliklərinə həsr etdiyiniz tablolar Azərbaycanın füsunkar təbiətini əks etdirərək gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsinə xidmət etmişdir. Sizə xas olan incəliklə yaratdığınız qadın obrazları isə xüsusi diqqətə layiqdir.

Əziz Maral xanım!

Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılığınızda yeni-yeni uğurlar düiləyirəm.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT