Türk dostu Əliyev


Amerikaya səfərini "tarixi bir səfər" kimi qiymətləndirən Heydər Əliyev dünən Ağ evdə Prezident Bill Klinton ilə görüşdü. Söhbətin ən mühüm mövzularından birini də Azərbaycan neft məsələsi təşkil edirdi. Əliyev "Türkiyəsiz Qafqaz siyasəti olmaz" deyərək, neftin Bakı-Ceyhan xətti ilə Türkiyəyə keçmə tələbini təkrarladı. O bu istəyini bir gün əvvəl də Ağ evin keçmiş təhlükəsizlik katibi Zbiqnev Bjezinskiyə bildirmişdi. Əliyev Corctaun universitetində etdiyi nitqində də "Ankara ilə hər sahədə əməkdaşlığı genişləndirməyə davam edəcəyini" söyləmişdir.

"Axşam" qəzeti,
Türkiyə, 2 avqust 1997-ci il