Gürcüstanın Prezidenti zati-aliləri cənab Eduard Şevardnadzeyə - Bakı şəhəri, 25 may 2000-ci il


Hörmətli Eduard Amvrosiyeviç!

Gürcüstanın milli bayramı - Dövlət Müstəqilliyinin Bərpası günü münasibətilə sizi və qardaş Gürcüstan xalqını səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz və xalqlarımız arasındakı çoxəsrlik dostluq, qarşılıqlı yardım, əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Çox məmnunam ki, dövlət müstəqilliyi qazandıqdan sonra Gürcüstanın və Azərbaycanın əlaqələri bütün sahələrdə inkişaf edir və möhkəmlənir, keçid dövrünün çətinliklərini aradan qaldırmaqda bizə kömək edir.

Əminəm ki, dostluq, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərimiz xalqlarımızın mənafeləri, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə daha böyük uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 may 2000-ci il.