İslam İnkişaf Bankı


İslam Konfransı Təşkilatına üzv olan müsəlman dövlətlərinin təşəbbüsü ilə 1973-cü ildə yaradılıb. İİB öz fəaliyyətinə 1975-ci ildən başlayıb. İqamətgahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. Təşkilatın əsas məqsədi zəif inkişaf etmiş və sərbəst maliyyə vəsaitlərinə ehtiyacı olan müsəlman dövlətlərinin sosial-iqtisadi inkişafına yardımçı olmaqdır.