Skif çarlığı


Qədim Şərq qaynaqları şəhadət verir ki, e.ə. VII əsrin 70-ci illərində meydana gəlmiş Skif çarlığı bir neçə on il ərzində Ön Asiyanın hərbisiyasi həyatında mühüm amil olmuşdur. İşkuz (skiflər) ölkəsi Kür çayının orta axarı ilə Urmiya gölü ətrafındakı Manna ərazisi arasında yerləşən vilayətləri əhatə edirdi. E.ə. VI əsrin 90-cı illərində Skif çarlığı çox zəhmli qüvvə sayılırdı. “Skif çarlığı” Azərbaycan zonasında nisbətən sabit əraziyə malik idi. Bu çarlıq azı 80 il yaşadı. Ön Asiyada “Skif çarlığı”nın, demək olar, tam hökmranlığına, ehtimal ki, e.ə. VII əsrin 20-ci illərinin axırında və ya 10-cu illərinin əvvəlində son qoyuldu. Asiyada yeni qüvvə, madalılar meydana gəldi. Çarlıq ləğv olunmuşdu, lakin skif əhali qrupları-“skiflər”, “ortokoribantlar” və “sakasenlər” Azərbaycan ərazisində yaşamaqda davam edirdilər.