Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə - Bakı şəhəri, 25 oktyabr 1999-cu il


Hörmətli Nursultan Abişeviç!

Milli bayram - Respublika günü ilə əlaqədar olaraq sizi və bütün qazax xalqını ürəkdən təbrik edirəm.

Ölkələrimizin və xalqlarımızın dərin tarixi kökləri olan ənənəvi dostluq əlaqələrini, sizinlə şəxsi səmimi münasibətlərimizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında hərtərəfli əməkdaşlıq xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir.

Sizə və qardaş Qazaxıstan xalqına səadət və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.